Gəncədə zəncirvari yol qəzası olub, yaralılar var

Hadisə SON XƏBƏRLƏR
Loading...

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Orman.Az Report-a istinadən bildirir ki, hadisə zamanı 4 avtomobil toqquşub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Yaralılar “təcili yardım” maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Загрузка...