Gəncədə yerləşən “Delux” otelin pəncərəsindən yıxılan 3 yaşlı uşaq və əmisinin ailəsi məhkəməyə müraciət edib.

Manşet qəza SON XƏBƏRLƏR
Loading...

Bu barədə “Qafqazinfo”ya məlumatı zərərçəkmişin həyat yoldaşı Gülnar Mehrəliyeva verib.

O bidirib ki, oteldə otaq sifariş verərkən uşaqlı olduqlarını qeyd etsələr də, bu nüans nəzərə alınmayıb:

“Biz otağa girəndə gördük ki, pəncərələr yerdən və açıqdır. Elə həmin an uşaq açıq pəncərəyə qaçdı və yıxıldı. Yoldaşım Müşfiq Mehrəliyev də onu tutmaq üçün arxasınca pəncərədən əyildi və o da yerə düşdü. 30 mindən çox xərc çəkmişik, ancaq yoldaşım hələ indi komadan çıxıb, vəziyyəti ağır olaraq qalır. Uşağın isə qolu qırılıb, kəllə-beyin travması alıb.

Hər şey otelin səhlənkarlığına görə baş versə də, sonda bizi borclu çıxardılar. Heç üzr belə istənilməyib. İş Gəncə şəhər prokurorluğunda idi, gedişatdan razı qalmadığımız üçün Bakı şəhər prokurorluğuna müraciət etmişik. Ümid edirik ki, bu dəfə şikayətimizə qərəzsiz baxılacaq”.

Xatırladaq ki, sözün gedən otel Gəncə Körpü Tikinti ASC-nin direktorlar şurasının sədri Aqibət Məmmədova məxsusdur.

Загрузка...