Gəncədə Deluxe oteldə dəhşətli hadisə – uşaq və əmisi pəncərədən yıxıldı – FOTO

Manşet qəza SON XƏBƏRLƏR
Loading...

Dünən Gəncə şəhərində biri azyaşlı uşaq olmaqla iki nəfərin ağır xəsarət alması ilə nəticələnən hadisə baş verib. Gəncə şəhərinə dincəlməyə gələn Mehrəliyevlər ailəsi dincəlmək üçün Deluxe otelin seçiblər. Otelin ikinci mərtəbəsində iki otaq götürən iki qardaşın ailəsi başlarına gələcək faciəni ağıllarına belə gətirməzdilər.

Orman.az-ın əməkdaşları yaralının yaxınları ilə əlaqə saxlayıb hadisənin təfərrüatlarını öyrənib.

Ailənin 3 yaşlı uşağı Əli Mehrəliyev otaqlardan birində oynayarkən yerdən qoyulmuş pəncərəni açıb və ağcaqanad toruna iki əlli söykənmək istəyərkən tor tutqacının xarab olması ucbatından 6 metr hündürlükdən otelin arxa hissəsinə, daş örtüyün üzərinə düşüb. Otaqda olan digər uşaqların qışqırtısına uşağın əmisi 1979-cu il təvəllüdlü Müşviq Mehrəliyev uşağın dalınca pəncərəyə yaxınlaşıb uşağı tutmaq istəyərkən müvazinətini itirərək yıxılıb.

Ağır bədən xəsarətləri ilə hər iki yaralı Gəncə Mərkəzi Klinika xəstəxanasına yerləşdirilib. Müşfiq Mehrəliyev vəziyyətinin ağırlığından əməliyyata götürülüb. Əməliyyat nəticəsində partlamış dalağı çıxardılıb, 6 qabırğasının sınığı birləşdirilib, döş diafraqmasının və qara ciyərinin çatlarına tikiş qoyulub. Həmçinin ağır kəllə-beyin travması və beyinə qan sızması diaqnozu qoyulub. Hal hazırda vəziyyəti ağır olaraq dəyərləndirilir.

Yaralının qardaşı və uşağın atası Nəriman Mehrəliyevin verdiyi məlumata görə Deluxe Gəncə otelinin əməkdaşları xəstəxanaya dəvət olunublar. Gələn otel əməkdaşlarından yaralıların əməliyyatı üçün maddi yardım göstərilməsi istənilib. Lakin otel əməkdaşları onların hadisədə heç bir günahlarının olmamasını deyərək, əməliyyat üçün lazım olan vəsaiti yaralının yanına gələn qohumlarından yığılmasını təklif ediblər.

Əldə etdiyimiz fotoşəkillərə əsasən otelin pəncərələrində təhlükəsizlik barmaqlıqlarının olmaması aydın görsənir.

Gəncə şəhərində olan əməkdaşlarımızın əldə etdiyi qeyri rəsmi məlumatına görə Deluxe oteli Gəncə şəhəri və Gədəbəy rayonları ərazisində bir çox obyektlərə sahib olan “Gəncə Körpü Tikinti – 2” ASC-nin direktorlar şurasının sədri Aqibət Məmmədova məxsusdur.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarının araşdırma aparmadığı da məlum olub.

Загрузка...