Fransız həkimin korona təklifi dünyanı silkələdi – Video

Dünya
Loading...

Fransada koronavirusa qarşı hazırlanan peyvəndin Afrikada insanlar üzərində sınaqdan keçirilməsini təklif edən professora dünyanın müxtəlif ölkələrindən tənqidlər gəlir.

 Jan Pol Mira adlı həkimin bu təklifinə dünyaca məşhur afrikalı ulduzlar, eləcə də ictimai xadimlər sərt reaksiya göstəriblər.

Fil Dişi Sahilinin əfsanəvi futbolçusu Didier Droqba, “Barselona” və “Real Madrid” kimi komandaların heyətində çıxış etmiş Samuel Eto və başqa tanınmışlar fransız professorun bu təklifinin və həmkarlarının ona dəstək verməsinin irqçiliyin ən son həddi olduğunu bildiriblər.

Xəbərin olsun:  PUTİN TƏLƏSİR – Referendum üçün yeni tarix bəlli oldu

Qeyd edək ki, Fransanın nüfuzlu həkimləri LCI telekanalında koronavirusla bağlı müzakirə aparıblar. Müzakirə əsnasında onlar koronavirus peyvəndinin və dərmanlarının Afrikada sınaqdan keçirilməsi gərəkdiyini deyiblər. Həkimlər QİÇS üçün hazırlanmış peyvəndin Afrikadakı qadınlar üzərində yoxlanıldığını xatırladıblar.

https://youtu.be/vzhy99fQ8Uk

 Axar.az

Загрузка...