Fransa İtaliyadakı səfirini geri çağırır

Siyasət SON XƏBƏRLƏR
Loading...

Fransa daxili işlərinə qarışan qonşusu İtaliyaya etiraz olaraq bir həftədir geri çağırdığı səfiri Kristian Massetini bu gün Romaya geri göndərir.
Bunu Fransanın Avropa məsələləri üzrə naziri Natali Luazo deyib. 
“İtaliya prezidenti cənab Mattarella prezident Makrona zəng etdi. Onlar bir-biriləri ilə danışdılar və Fransa ilə İtaliya arasındakı dostluğun vacibliyini, ölkələrimizin bir-birinə nə qədər ehtiyac duyduğunu bildirdilər”, – Luazo vurğulayıb. 
Xatırladaq ki,ötən həftənin əvvəlində İtaliya baş nazirinin müavini, iqtisadi inkişaf naziri Liuci Di Maio Fransadakı “sarı jiletlilər” etiraz hərəkatının nümayəndələri ilə görüşmüşdü. Bunu Fransanın daxili işlərinə qarışılması və təxribat adlandıran rəsmi Paris məsləhətləşmələr aparmaq üçün İtaliyadakı səfirini geri çağırmışdı. (azvision.az)

Xəbərin olsun:  Füzulinin azad olunması uğrunda döyüş gedir: Düşmənin dörd tankı məhv edildi - RƏSMİ

Загрузка...