Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək – RƏSMİ

Mayın 18-dən etibarən vətəndaşların Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə hansı hallarda gəlib-getməsinin qaydası müəyyənləşib. Bu barədə Report-a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Hökumət sözçüsü 18 may 2020-ci il saat 00:00-dan etibarən SMS icazə sisteminin ləğvindən sonra Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron […]

Ardını oxu

Məhkəmə DTX əməliyyatı ilə tutulan generalla bağlı qərar verdi

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin keçmiş müavini, general Əfqan Nağıyev və onun tabeliyində olan dörd vəzifəli şəxs barəsində məhkəmə qərarı verilib. Qafqazinfo-nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onların hər biri barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Nağıyevlə birlikdə DSX-nin Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisi də saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə […]

Ardını oxu

“Mall”lar bağlı olacaq

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə bəzi məhdudiyyətlər isə qüvvədə qalır. Qərara əsasən, əyləncə məkanları, o cümlədən […]

Ardını oxu

Bütün ölkədə SMS icazə ləğv edildi

Yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur. “Qafqazinfo”ya daxil olan məlumata görə, bu qadağanın ləğvi 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək. 

Ardını oxu

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Mayın 15-i səhərədək ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin mayın 14-də Böyük Qafqazın bəzi yerlərində qısamüddətli yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Girdimançay-Qaranohurda (İsmayıllı) 48 mm (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 34 mm, Dəmiraparançayda (Qəbələ) 17 mm, İsmayıllı, Sarıbaşda (Qax) 5 mm, Qəbələ, Şamaxıda 2 mm […]

Ardını oxu

İcra başçısı həbs edilən rayonun prokuroru işdən çıxarıldı

Azərbaycanda daha bir rayon prokuroru işdən azad edilib. “Report”un xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Ağstafa rayon prokuroru Aslan Surxayev isə tutduğu vəzifədən azad olunub. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

Ardını oxu

Kəmaləddin Heydərov ƏMR İMZALADI

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr təyinatları olub. Bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Bakı Regional Mərkəzinin rəisi, polkovnik Hikmət Abbasov daxili rotasiya qaydasında Dövlət Yanğın Nəzarət Xidmətinin rəisi təyin edilib. Nazirin digər əmri ilə Dövlət Yanğın Nəzarət Xidmətinin rəisi, general-mayor İsrail Əliyev isə Bakı Regional Mərkəzinin rəisi təyin olunub. FHN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Ardını oxu

İcra hakimiyyətlərinin ləğvi zərurəti yenidən gündəmdə – konstitusiyaya dəyişiklik olmalıdır

Rayon icra hakimiyyətlərində DTX tərəfindən keçirilən əməliyyatlar bu strukturlarda dərin korrupsiyalaşmanın getdiyini göstərir. Baş verən proseslər fonunda əksər mütəxəssislər yerli idarəetmə orqanı kimi rayon icra hakimiyyətlərinin öz funksiyasını itirdiyini qeyd edirlər. Uzun illərdir bölgələrdə biznesin inkişafı qarışısında əsas maneəyə çevrilən bu idarəetmə modelindən imtina olunmasının, daha təkmil və qənaətcil idarəetməyə keçidin vaxtı gəldiyi bildirilir. Bu zaman əsas vurğu inzibati bölgü […]

Ardını oxu

Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş […]

Ardını oxu

Prezident İlham Əliyev Kəlbəcərin yeni icra başçısını videoformatda qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. APA xəbər verir ki, videoqəbulda çıxış edən Prezident İlham Əliyev deyib: – Siz bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilirsiniz. Bu, sizə göstərilən böyük etimaddır. Siz bu etimadı doğrultmalısınız. Siz gəncsiniz, cəmi 34 yaşınız var. Sizin […]

Ardını oxu

Baş nazirdən təhsillə bağlı MÜHÜM QƏRAR

“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Baş Nazir Əli Əsədov qərar imzalayıb.  “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Qərarda deyilir: “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası” təsdiq […]

Ardını oxu

DTX-nin həbs etdiyi nazir müavininin maaşı və real qazancı – Rəqəmlər

Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də keçirdiyi əməliyyatla Mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanılıb… R.Bayramovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pullar, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. R.Bayramovun avtomobilindən də xarici və yerli valyutada olan xeyli pul vəsaiti tapılıb. Nazir müavini bu pulları […]

Ardını oxu

Kəmaləddin Heydərov: “EuroHome”un rəhbərliyi bu işə məsuliyyətsiz yanaşıb” – FOTO

Kəmaləddin Heydərov: “EuroHome”un rəhbərliyi bu işə məsuliyyətsiz yanaşıb” – FOTO “Ticarət mərkəzindəki əvvəlki yanğından sonra obyekt sahiblərinə və ümumilikdə, rəhbərliyə xəbərdarlıq edilmişdi ki, təmir-bərpa işləri tam yekunlaşmamış mallar yerləşdirilməsin. Çünki işlər tam yekunlaşdıqdan sonra Fövqəladə Hallar Nazirliyi və müvafiq icra hakimiyyəti orqanı buna icazə verməlidir”. Oxu.Az xəbər verir ki, bu sözləri Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. “EuroHome” ticarət mərkəzində baş […]

Ardını oxu

“Rüşvət alanların hamısına həbsxanada yer çatmaz”

“Bir daha bildirirəm ki, bu gün məmurların həbs edilməsini olduqca önəmli addım sayıram. Ancaq bu gün rüşvət almışların hamısını həbs etmək məqsədi güdülsə buna heç həbsxanalar da çatmaz, həm də bu onsuz da ölkədə gərgin olan vəziyyəti daha da gərginləşdirər”. “Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib. O, bildirib ki, korrupsiyanın uzun illər idarəetmə sisteminin mahiyyəti olması […]

Ardını oxu

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin doğum günü münasibətilə ağac əkiblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkiblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ildən başlayaraq bu ərazidə 167 hektar sahənin lay suları, neft, duz, yod və digər tullantılardan təmizlənərək bərpa edilməsinə başlanılıb. Qeyd edək ki, son illərdə Prezident […]

Ardını oxu

QHT sədri milli qəhrəman anasını təbrik etdi

Onu tanıyırsınız, təbii ki, çox az qisminiz…Azərbaycanın şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anasıdır. Azərbaycanın ərazi bütövlüyü uğruda yeganə oğlunu vətənə qurban verən analarından biridir. 1992-ci il sentyabrın 2-dən bu günə kimi heç bir qapını döyməyib və heç yerdə mən milli qəhrəman anasıyam deməyib. Çünki onun ən böyük xəzinəsi şəhid övladıdır. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə Tahir Həsənovun vaxtilə oxuduğu […]

Ardını oxu

Atasına qızıldan heykəl qoyduran icra başçısı məsləhətçini işdən çıxardı – ŞİKAYƏT

Hacıqabul rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu olan İmanova Təranə Müsəddin qızı karantin dövründə icra başçısı tərəfindən heç bir səbəb olmadan işdən çıxarıldığını bildirir. Şikayətçi redaksiyamıza ünvanladığı şikayət məktubunda ölkə başçısına müraciət edib. Müraciətdə deyilir: Cənab Prezident! Hacıqabul rayon İcra Hakimiyyetinin Başçısı  Xəlilov Rüstəm Gülabba oğlu işlədiyi 6 ay ərzində ilk dəfə olaraq  28.04.2020-ci il tarix saat 17:30-da koməkçisi tərəfindən  […]

Ardını oxu

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərindəki qələbənin 75 illiyi ilə bağlı paylaşım edib.  M.Əliyevanın sosial media hesabında paylaşılan təbrikdə deyilir: “Əziz veteranlar! 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə sizə və sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm. Bu bayram həm sizin üçün, həm də ümumiyyətlə xalqımız üçün həmişə xüsusi əhəmiyyətə malik olub. Ölkəmiz tarixi qələbəyə mühüm töhfələr […]

Ardını oxu

Əli Hüseynli Araz çayı üzərində körpü tikintisinə münasibət bildirdi

Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli Araz çayı üzərində körpülərin tikintisi ilə KİV-in suallarını cavablandırıb.  – Son günlərdə yerli mətbuatda Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında müzakirələr yaranıb. Bildirilir ki, bu məsələ ilə bağlı Azərbaycan və İran Hökumətləri arasında Saziş də imzalanıb. Sazişdə nə deyilir? – Birincisi, “Xudafərin” və […]

Ardını oxu

Bu şəxslər işə gəlməyəcək – Sədr müavini

Operativ Qərargahın tövsiyələrinə əsasən yaşı 65-dən yuxarı olan işçilərin işə gəlməsinə ciddi yanaşmışıq. Axar.az xəbər verir ki, bu sözləri Bakı Metropoliteni QSC sədr müavini Hidayət Məmmədov Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, metropolitendə mayın 31-dək bütün tövsiyələrə əməl olunacaq: “Sərnişinlərin yoxlanılaraq içəri buraxılmasında əlimizdən gələni edəcəyik. Metropolitendə çıxışlara məhdudiyyət məsələsi olmayıb. Yalnız girişlərdə məhdudiyyət qoyulur və bu, sərnişinlərin təhlükəsizliyini təmin […]

Ardını oxu

“BU OĞRULARI SÜFRƏNİN BAŞINDA ƏYLƏŞDİRİRİK…” – “İlk növbədə qalanın dağıdılmasına ehtiyac var”

Azərbaycanda korrupsiya və rüşxətxorluğa qarşı genişmiqyaslı tədbirlər davam etdirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərlik etdiyi bu mübarizə ölkə miqyasını əhatə edir. Həm dövlət qurumlarında aparılan struktur və kadr islahatları, həm də məmurların korrupsiya əməllərinin ifşa olunması cəmiyyətdə şəffaflığın yaranmasına, xalqın iradəsini əks etdirən sistemin formalaşmasına inamı artırır. Bu sahədə daha hansı zəruri addımların atılmasına ehtiyac var? “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, […]

Ardını oxu

Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş sərgi açılacaq

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn sərgi keçiriləcək. Orman.az xəbər verir ki, sərgidə Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda, dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri əks etdirən, ümummilli […]

Ardını oxu

Parlamentdə iki köməkçi vəzifədən azad edildi – Yeni təyinat oldu

Milli Məclis sədri Sahibə Qafarovanın köməkçisi vəzifəsindən azad edilib. Orman.Az-ın məlumatına görə, spikerin köməkçilərindən biri Aydın Cəfərov vəzifəsindən çıxarılıb. Hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, A.Cəfərov həm də Milli Məclisin MDB Parlament Assambleyasındakı nümayəndəsi idi. Bununla da spikerin köməkçilərinin sayı üç olub. Parlamentdəki struktur islahatları çərçivəsində Milli Məclis sədrinin birinci müavininin köməkçisi Kəmalə Əzimova da işindən çıxarılıb. Onun […]

Ardını oxu

Ramazanın 14-cü gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 14-cü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən sabah imsak saat 03:49, iftar isə saat 19:58-dədir. Ramazan ayının 14-cü gününün duası: “Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin”. Tərcüməsi: “İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla […]

Ardını oxu

SON DƏQİQƏ: Dörd yüksək vəzifəli şəxs işdən çıxarıldı

Milli Məclisdə struktur islahatları davam edir. Orman.az xəbər verir ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının Katibliyində dörd nəfər işdən çıxarılıb.Milli Məclis Sədrinin köməkçisi Aydın Cəfərov, Milli Məclis Sədrinin birinci müavininin köməkçisi Kəmalə Əzimova, Milli Məclis Sədrinin müavininin köməkçisi – Hüseyn Ağayev, Aparat rəhbərinin köməkçisi Elxan Əhmədov tutduğu vəzifəsindən azad edilib./yenisabah

Ardını oxu