Fırtınanın ilk fəsadı! Avtobus dayanacağının pavilyonunu uçdu

Hadisə Manşet qəza
Loading...

Bakıda əsən güclü külək nəticəsində Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Hüseyn Cavid prospeki ilə kəsişdiyi ərazidə avtobus dayanacağının pavilyonu uçub.

Orman.Az “report”a istinadla xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Xəbərin olsun:  Pərviz sabah səsverməyə çıxacaq - Video

“BNA-nın texniki personalı hadisə yerinə cəlb edilib. Hazırda ərazidə iş gedir və hadisənin nəticələri aradan qaldırılır”,- M.Ağayev bildirib.

Bundan başqa, onun sözlərinə görə, hadisə nəticəsində “Bakı Kart”a məxsus ödəniş terminalı da zərər görüb.

Загрузка...