Federasiya prezidenti vitse-prezidentləri işdən çıxardı

İdman
Loading...

Azərbaycan Bilyard İdman Federasiyasında kadr dəyişiklikləri aparılıb. 

Unikal.org-un məlumatına görə, pandemiya ilə əlaqədar olaraq federasiyada müəyyən sıxıntılar yaşanıb. 

Bu səbəbdən qurumun rəhbəri Emil Tağıyev federasiyanın I vitse-prezidenti Kənan Məmmədov və vitse-prezident İlham Aslanovla rəsmən vidalaşmalı olub. 

Digər məlumata görə, federasiyaya yeni administrator Azər Mamayev və vitse-prezident Fərid adlı şəxs təyin olunub. 

Xəbərin olsun:  Bu gün “Qarabağ”ın pley-offdakı rəqibi bəlli olacaq

Məlumatı iki gündür quruma administrator təyin olunan Azər Mamayev təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Bilyard İdman Federasiyasının rəhbəri Emil Tağıyev Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavinidir.

Загрузка...