Ermənilər azərbaycanlılardan üzr istədi

flash Hadisə
Loading...

Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub.

Report-un məlumatına görə, baş verən kütləvi dava ermənilərin üzr istəməsi ilə bitib.

Hadisə yerində olan Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev vəziyyətin nəzarətdə olduğunu bildirib.

“Hazırda Rusiya hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən araşdırma aparılır, hadisənin nəzarətdən çıxmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Biz, həm mühafizə orqanları, həm də soydaşlarımızla daima əlaqədəyik”, – deyə Ş.Tağıyev bildirib.

Xəbərin olsun:  Yeniyetmə valideynlərinin gözü qarşısında intihar etdi

Qeyd edək ki, Moskva şəhərində 30 yaxın erməni azərbaycanlıların üzərinə hücum edib. Digər həmyerlilərimizin də hadisə yerinə gəldiyini görən ermənilərin bəziləri ərazidən qaçıb, digərləri isə baş verən insidentə görə azərbaycanlılardan üzr istəyib. Verilən məlumata əsasən, hadisə milli zəmində baş verib.

Загрузка...