Ermənidən hamilə qalan azərbaycanlı qızın ÜRƏKDAĞLAYAN HEKAYƏTİ

ədəbiyyat Manşet SON XƏBƏRLƏR
Loading...

-O gündən ancaq yazığım gələn oğlanlarla yatdım: maşında, iş yerində, sinifdə, liftdə… Amma liftlə qalxan vaxtı… Qalxan liftdə rahatdı,
lift ki enir, onda çətin olur.

Axır ki, üzündə səmimiyyət göründü; gülümsündü, şeytanlaşdı, qadınlaşdı.
– Bəlkə ananın da prinsipi olub. Məncə qınama.
– Yox. Anam iyrənclik eləyib. Mənim uşağım olsaydı, heç vaxt belə iş utmazdım. O, bilirsən, utanmadan mənə nə deyir? Deyir, “sən ağıllı uşaq idin, məni çox incitmirdin. Ona görə evə adam gətirəndə yatırtmaq üçün səni həmin kişiyə verirdim, özüm dəcəl bacını yatızdırırdım”. Başa düşürsən, mən yad kişilərin laylalarıyla, nağıllarıyla yatmışam hər gün. Ehtirasına görə mənə layla deyən kişilərin… Nədir-nədir, mən ağıllı uşağam. Yəqin ki, tanımadığım hansısa ağıllı, mərifətli bir insandanam, bir gecəlik səhvin nəticəsiyəm. Heç anama da oxşamıram.

“Sergi ata” kül oldu. Barmaqlarım üşüdü…
– Onsuz da özümü atacam bu dənizə. Ona görə rahat danışıram bunları. Belə də ki… Çoxu bilir, sən də bil.
– Kimdən hamilə qaldığını bilmirsən? Qorunmurdun?
– Deyəsən mənə qulaq asmırsan bayaqdan.
– Asıram.
– Demədim, mən uşaqla belə zarafat eləmirəm? Mən fahişə deyiləm. Başa düşürsən? Qorunurdum. Qarnımdakı sevgilimdəndir. 4 aylıqdı. İki ildir sevgili idik.
– Öldü?
– Ölsəydi, yaxşı idi.
– Bəs sən niyə öldürürsən özünü?
– Erməni imiş.

Bunu deyib sona qeyri-ixtiyari əlini soyumuş külə tutdu. Mən də siqaret axtardım.
– Nə?
– Eşitdiyin kimi… Erməni…
– İlin-günün bu vaxtı ermənini hardan
tapdın?
Sonanı qəhər boğmuşdu. Ağlamaq istəyirdi.
– Necə yəni hardan tapdın? Kökləri kəslisin onların. Bakıda minlərlədi erməni.
– Onlar erməniliyini itiriblər. Erməni olduqlarını bilənlər də, ölüb gedir.
– Özləri yaxşı bilir. Heç vaxt əsillərini unutmurlar.
– Sən hardan bildin?
– Özü dedi.
– Deməsəydi, bilməyəcəkdin. Onda necə olacqdı bəs?
– Bilmirəm. Yəqin ki, heçnə olmayacaqdı. Yaşayacaqdıq birlikdə. Nahaq dedi mənə. Zəhləm gedir onlardan. Başa düşürsən?
– Hə.
– Neçə vaxtdı özünü sözlü adam kimi aparırdı. Əslində bu günə qədər ondan pislik görməmişəm. Bütün həyatıma göz yumub. Ona hər şeyi danışmışam, bütün yaşadıqlarımı demişəm. Məni belə qəbul eləyib. Ancaq mən onun erməniliyini qəbul eləyə bilmirəm. İnan, iki ildir sevdiyim
üzü erməni olduğunu dediyi an, gözümdə karikaturaya döndü. O gözəl burnu uzandı, saqqalı codlaşdı, səsi dəyişdi. Özümü saxlaya bilmədim, qaytardım. Elə bildi hamiləlikdəndi. Ancaq mən onunla sevişdiyim anları qaytarırdım. Elə zəhləm getdi ondan… Sevginin bir an içində kinə
çevriləcəyi heç ağlıma gəlməzdi.

Sona yenə özünü aktrisa kimi aparırdı. Bu boyda faciə yaşayasan, bir adam qabağında rola girəcək qədər oynaq qalasan.
– Ondan pislik görməmisənsə… Yəni, deyirsən, sənin elədiklərinə göz yumub.
Bəlkə səni həqiqətən sevir.
– Sevir də! Sevməsəydi, ondan uşağa qalardım? Bu pislik deyil, səncə? Əvvəl
məni hamilə qoydu, sonra erməni olduğunu dedi. Uşaq mövzusunda nə qədər həssas olduğumu bilirdi. Bax, belədi onlar, dərində sürünən ilanlardılar.Hiyləgər!

İkimiz də xeyli susduq. Doğrusu, nə deyəcəyimi bilmirdim. Pasifist monoloq
eləməyin yeri deyildi. Vaxtımdan da gedirdi. Özümü heç cür onun yerinə qoya bilmirdim. Yenidən öz halımı düşündüm. Mənim faciəm diriydi, insani idi. Onun heç olmasa, seçimi öz əlində idi. İstəsə ölməyə bilərdi. Mənsə, öləcəm. Bir anın içində danışdığı hekayət gözümdən düşdü.
Paltomun cibindən maşın sənədlərini yığdığım kitabçanı çıxardım. Əvvəl maşının sığorta sənədini, sürücülk vəsiqəmi, sonra maşının pasportunu, daha sonra şəxsiyyət vəsiqəmi yerə töküb kopaladım. Plastik üzlü, keyfiyyətli materialdan hazırlanmış sənədlərin alışmağı bir çağmağa bənd
imiş. Sona nə qədər bu dünyada olmasa da, hərəkətimdəki qəribəlik diqqətini çəkdi.

– Neyləyirsən?
– Heç nə.
– Bunları niyə yandırırsan?
– Bir yerdə öldürərik özümüzü.
Sona bir anlıq gözlərimin içinə baxdı. Utandım. Cəld alışmaqda olan şəxsiyyət vəsiqəmi götürdü.
– Niyə götürdün?
– Elə belə.
– Dəymə, qoy yansın. Qızınaq. Onsuz da bizə lazım olmayacaq.
– Dəli olma, götür, heç olmasa, bunu
qoy cibinə. Peşman olacaqsan.

Toranlıqda sənədlərdən qalxan mavi alovun üzümdə kino effekti yaratdığının fərqində idim.
– Mənə lazım deyil. İstəyirsən, saxla özündə.
Sona gülümsündü. Qalxıb yanımda oturdu. Əllərini dizimin üstünə qoyub başını çiynimə söykədi.
– Doğrudan öldürəssən özünü?
– Hə. Alov sönməmiş at əlindəkini də, yansın. Bir az da isinək.
Mənə bir az da qısılıb pıçıldadı:
– Dəlilərim əskik idi də.

Sərdar Aminin “Su sərgisi” romanından parça

Загрузка...