Elmar Məmmədyarov özbəkistanlı həmkarı ilə görüşdü

Sosial
Loading...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən növbədənkənar iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Özbəkistan Respublikasının Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı tərəflər Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər. İki ölkə arasında ticarət mübadiləsinin artırılmasına ehtiyac duyulduğunu qeyd edən nazirlər Hökumətlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsinin bu xüsusda mühüm rolunu bildiriblər.
Nazirlər qarşılıqlı səfərlərin, o cümlədən yüksək səviyyəli səfərlərin əməkdaşlığın daha da inkişafına önəmli təkan verdiyini vurğulayıblar.

Xəbərin olsun:  Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Nazir Elmar Məmmədyarov beynəlxalq platformalarda Özbəkistan tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş olunan prinsipial mövqeyə görə həmkarına təşəkkürünü bildirib.

Görüş zamanı tərəflər, habelə Türk Şurasının əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Загрузка...