Edam cəzasının alternativi tapıldı – Qorxunc film reallaşa bilər

Sosial
Loading...

Günümüzdə edam cəzasının mübahisə mövzusu olduğu vaxtda elm adamları alternativ cəza üsullarının tətbiqi barədə danışıb.

“Yeni Sabah” xəbər verir ki, bu cəza üsullarından biri kimi “Qara Ayna” (“Black Mirror”) serialından nümunə göstərilib.

Serialın bir səhnəsində cinayətkarlara zehni olaraq gerçəkdə yaşadıqlarından daha uzun müddət yaşama hissi verən texnologiya ilə cəza tətbiq olunub.

Xəbərin olsun:  Ana iki azyaşlı uşağının əxlaqsız görüntüsünü çəkib, sosial şəbəkədə paylaşdı - VİDEO

Nəticədə məhkumlar bir saatı bir ay kimi yaşayıb. Bu metod əsasən dəhşətli cinayət törədənlərə qarşı işə salınıb.

Məşhur filosof Rebeka Rouç dərmanların insan beynini aldadacağını və zamanın daha sürətli keçdiyini hiss etdirə biləcəyini deyib.

R.Rouç açıqlamasında bildirib ki, “günahkarlara 1000 il həbs cəzası çəkirmiş kimi hiss etdirən bir dərman, ya da mayenin olduğunu xəyal edə bilərsiniz. Sürətlənmə faktoru bir milyon olsa, səkkiz saat içində min illik düşüncə reallaşa bilər”. 

Xəbərin olsun:  Emin Ağalarov: “Qarabağ münaqişəsinin yeganə həll yolu torpaqların erməni işğalından azad olunmasıdır” - VİDEO

Загрузка...