Dünyanın ən erotik romanları bunlardır – SİYAHI – VİDEO

ədəbiyyat Manşet Mədəniyyət
Loading...

Erotik ədəbiyyat bütün dövrlərdə diqqətçəkən sahə olub. Qədim mətnlərdən tutmuş, bu günədək erotik əsərlər oxucular və araşdırmaçıların ən çox bəhs etdiyi mətnlərdəndir.
Son dönəmlərdə isə erotk mətnlərin yazılmasında bir az da intensivlik müşahidə olunur. Daha bir yenilik isə odur ki, son erotik romanların əksərini qadın yazıçılar qələmə alıb.

Orman.Az dünyada indiyədək yazılmış ən erotik əsərləri təqdim edir:

1.Silviya Dey – “Sənin üçün soyundum”
Nyu Yorka yenicə köçən Evanın müdiri ilə aralarındakı yarısevgi, yarışəhvətli münasibət.

2.Vina Cekson “Səksən gün – Arzunun rəngi”
Bolluca şəhvət vəd edən bu roman Dominik və Summerin təhlükəli olduğu qədər həyəcanlı anları və dəhşətli ayrılıqları doludur.

3.Emmanuel Arsan – “Emmanuel”
Roman fransız mühəndisin 19 yaşlı arvadının seksual fantaziyalarından bəhs edir. Hadisələr Banqkokda baş verir

4.”Kamasutra”
Hind mədəniyyətində cinsi əlaqənin növləri və üsulları haqqında müxtəlif tipli məlumatların verildiyi kitabdır. Kamasutra sözü sanskrit dilində olan “kama” (zövq) və “sutra” (kitab) sözlərinin birləşməsindən yaranmış, tam tərcüməsi “zövqün kitabı” deməkdir.

E L James, author of best selling book, 50 Shades of Grey, photographed in London today.

5.El Ceyms “Bozun əlli çaları”
Əsəri bir çox tənqidçilər “analar üçün porno” adlandırıblar. Erotik məzmunlu “Bozun əlli çaları” 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir.

6.Markiz de Sad “Sodomun 120 günü”
Onun fəlsəfəsinə görə, insanlar ürəyi istəyən hər şeyi etməkdə azad olmalıdırlar. Mərhəmət, qayğı – bu bir yanlışlıqdır, bunu zəiflər düşünüb tapıblar ki, onlar hər zaman güclülərdən bu minvalla istədiklərini ala bilsinlər.

7.Vladimir Nabokov “Lolita”
Romanın əsas qəhrəmanı Humbert Amerikada yaşayan orta yaşlı, fransızdilli professorudur. Evlərində müvəqqəti yaşadığı ailənin 12 yaşlı qızına aşiq olur.

8.Henri Miller “Xərçəng tropiki”
Kitabda seksual səhnələr çox olsa da, bu romanın ana xəttini təşkil etmir.

9.Con Kleland “Fanni Hill, həzz qadınının xatirələri”
Bu roman 1717-ci ildə dərc olunub və ingilis erotik ədəbiyyatının klassikasına çevrilib. Hadisələr kənddən Londona işləmək üçün gələn bir gənc qızın dilindən verilib.

10. Heydi Bets – “Açılmaz düyün” – Romantiklərin yataq kitabı… Davalı, şəhvətli, sevgili bir roman…

Orman Media

Загрузка...