Kar eşitdiyini, kor gördüyünü buraxmaz: Paşinyanın dörd sənəd barədə yalanları – TƏHLİL

Azərbaycanda yaxşı bir atalar sözü var: “kar eşitdiyini, kor tutduğunu buraxmaz”. Təsəvvür edin, biri cinayət törədir və sonra məsuliyyətdən qaçmağa çalışır, özünə alibi qazana bilməyəndə həyasızlığa keçir. Güclü arqumentlər və qüsursuz məntiqi mühakimələr onu küncə sıxışdıranda isə dil tapmağa çalışar. Ermənistan dövləti də belədir, hərbi cinayətlərə imza atıb, azərbaycanlılara qarşı qanlı əməllərin sifarişçisi və icraçısıdır. Qarşılarına minlərlə fakt qoysan da, […]

Ardını oxu

Türkiyəli generallar AZƏRBAYCANDA

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi General Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələrinin komandanları ilə birlikdə Azərbaycana gəlib. Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, səfərdə Hulusi Akarı Baş qərargah rəisi, general Yaşar Gülər, Quru Qoşunları komandiri, general Ümit Dündar müşayət edir. Bundan başqa nümayəndə heyətinin tərkibində Türkiyənin Hərbi Dəniz Qüvvələri komandiri, Admiral Adnan Özbal və Hava […]

Ardını oxu

Türkiyənin müdafiə naziri və Baş qərargah rəisi Azərbaycana gəlir

Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci […]

Ardını oxu

Beyrut partlayışı: Prezidentə xəbərdarlıq edilib?

Livan Prezidenti Mişel Aun və Baş nazir Həsən Diyab güclü partlayışdan iki həftə öncə ölkənin təhlükəsizlik xidmətlərindən Beyrut dəniz limanında partlayıcı yüklərin olması barədə məlumat alıblar. Orman.az xəbər verir ki, bu məlumatı Livan təhlükəsizlik qüvvələri yayıb. Bildirilir ki, ölkə rəhbərliyinə limanda saxlanılan 2,7 min ton ammonium nitratın Livan paytaxtına təhlükə yaratması barədə xəbərdarlıq edilib.

Ardını oxu

Paşinyan Qarabağ problemini növbəti dalana gətirəndən sonra… – TƏHLİL

Qeyd edək ki, təkcə yerli yox, həm də “yaxın xarici” təmsil edən xeyli dərəcədə təcrübəli politoloqlar və siyasi təhlilçilər Tovuz istiqamətindəki son hərbi təxribatları Ermənistanın “inqilabçı demokratik hökuməti”nin təkcə neytral dünya birliyinə deyil, həm də Minsk Qrupunun həmsədrlərinə özünəməxsus cavabı kimi qəbul edirlər, yəni bununla Nikol demək istəyir ki, Azərbaycanla Ermənistan arasında ən azı tezliklə mülayimləşmə gözləmək əbəsdir, əksinə, iki […]

Ardını oxu

Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub – FOTO

Livanın paytaxtı Beyrutda 158 nəfərin ölümü, altı mindən çox insanın yaralanması ilə nəticələnən dəhşətli partlayışın ən balaca qurbanı Aleksandra Nagger olub. “HaberGlobal” məlumat verir ki, üç yaşlı qız ilk partlayış zamanı nə baş verdiyini öyrənmək üçün ailəsi ilə birlikdə pəncərədən çölə baxıb. İkinci partlayış zamanı pəncərənin qırılması nəticəsində azyaşlı ağır yaralanıb. Üç gün xəstəxanada müalicə olunan uşağın həyatını xilas etmək […]

Ardını oxu

Polşadan Belarus çağırışı: Fövqəladə sammit…

Polşanın Baş naziri Mateuş Moravetski Avropa Birliyinin Belarusda prezident seçkisindən sonrakı vəziyyətə həsr olunmuş sammitinin keçirilməsi təşəbbüsünü irəli sürüb. Orman .az  xəbər verir ki, müvafiq bəyanat Polşa hökumətinin rəsmi saytında dərc edilib. “Polşa yaxın qonşularına görə cavbdehlik daşıyır. Buna görə Baş nazir Mateuş Moravetski Avropa Şurasının rəhbəri Çarlz Mişelə və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə məktub ünvanlayıb. Müraciətdə […]

Ardını oxu

Merkel rica etdi, ona dedim ki… – Ərdoğandan şok

Yunanıstan və Misir arasındakı bu razılaşmanın heç bir dəyəri yoxdur. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Biz Liviya ilə bu formada razılıq əldə etdikdən sonra bu dövlətlər başladılar narazılıq etməyə. Biz buna baxmayaraq, Liviya ilə əldə edilən anlaşmanı qətiyyətlə davam etdirəcəyik. Bir müddət əvvəl hörmətli Merkel məndən rica etdi. “Bölgədə qazma işlərini dayandırsanız, mənim işimi asanlaşdırarsınız”, – dedi. Mən […]

Ardını oxu

Ermənistanın baş qərargah rəisindən selfi qadağası

“2016-cı ilin aprel döyüşlərindən fərqli olaraq, bu il ictimaiyyət Ermənistan-Azərbaycan sərhədində eskalasiya zamanı vəzifəli şəxslərin əsgərlərlə selfi şəkdirməsinin şahidi olmadı.Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb. Nəşrin məlumatına görə, sərhəddəki gərginlikdən sonra bir sıra deputatlar, rəsmilər, iş adamları, tanınmış şəxslər Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyana müraciət edərək sərhəd zolağına getmək istədiklərini bildiriblər, lakin rədd cavabı […]

Ardını oxu

“Beyrutdan 100-150 erməni ailəsini Qarabağa gətirdə bilərik…”

“Türkiyə hərbi bazalarını Bakıda, Gəncədə, Bərdədə yerləşdirib torpaqlarımızı birgə azad etməyincə belə xəbərlər hələ çoxumuzun ürəyini partladacaq…” Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin rəhbərliyi hüquqi-tarixi torpaqlarımızla bağlı özbaşına qərarlar verməkdə davam edir.“Dağlıq Qarabağın hakimiyyəti dəhşətli partlayışın baş verdiyi Beyrutdan 100-150 erməni ailəsini qəbul etməyə hazırdır…”Moderator.az xəbər verir ki, Rusiya mediasında yayılan məlumata görə, bu sözləri qondarma separatçı […]

Ardını oxu

Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu – VİDEO

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın ilkin səbəbləri açıqlanıb. Livanın “LBC International” telekanalı məlumat verir ki, Beyrut limanında baş vermiş partlayış aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəlib. “Oğurluq hallarının qarşısını almaq məqsədilə hasardakı dəliklərdə qaynaq işlərinin icra edildiyi zaman 2 700 ton selitr partlayıb”, – telekanal hüquq-mühafizə orqanlarının ilkin nəticələrinə istinadən xəbər verir. Livan Səhiyyə Nazirliyinin […]

Ardını oxu

Daha bir ölkə birdəfəlik plastik torbalardan imtina etdi

Çili hökumətinin qərarına əsasən, ölkədə plastik torbalardan istifadə tamamilə qadağan olunub. Hökumət müvafiq qərarın qəbul edilməsi üçün iki il əvvəldən müvafiq islahatlar aparıb. “RİA Novosti” agentliyi xəbər verir ki, qərar iyulun 3-dən qüvvəyə minib. Hazırda ölkədə fəaliyyət göstərən mini marketlərdə plastik torbalardan istifadə qadağandır.   Qeyd edək ki, son iki il ərzində Çilidə beş milyondan çox plastik torba satışının qarşısı alınıb.

Ardını oxu

“Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil” – “Əl-Muraqib əl-İraqi”

“Vaxtilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi region ölkələrinə təsiri, bölgədə maraqları olan qüvvələr üçün fürsət idisə, indi vəziyyət əksinə, onların özü üçün təhlükəyə çevrilib”. Ovqat.com xəbər verir ki, İraqın “Əl-Muraqib əl-İraqi” nəşrində Azərbaycan-Ermənistan arasında yaşanan son hərbi toqquşmalara həsr olunan məqalədə belə deyilir. “Unudulmuş problem: Ermənistanla Azərbaycan arasındakı “dondurulmuş münaqişə” yenidən qızışır” sərlövhəli məqalənin müəllifi Mötəzz Muhy Əbdülhəmidin fikrincə, Rusiya […]

Ardını oxu

Ərdoğan 100 illik sazişin intiqamını aldı – “Le Monde”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya lideri Fayez Sərracla 2019-cu ilin dekabrında həyata keçirdiyi görüşdən sonra dediyi “Bu hərbi və enerji saziri ilə Sevr müqaviləsinin üstündən xətt çəkdik” sözləri onun intiqam aldığını göstərir. Axar.az xəbər verir ki, bu iddia ilə Fransanın nüfuzlu “Le Monde” qəzeti çıxış edib. Qəzet Ərdoğanın Sevr müqaviləsinin (1920) intiqamını aldığını vurğulayıb. Xəbərdə, həmçinin Aya Sofyanın məhz iyulun […]

Ardını oxu

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.  Dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb. Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş […]

Ardını oxu

Avropada nə qədər az ABŞ hərbçisi olarsa… – Kreml

Avropada nə qədər az ABŞ hərbçisi olarsa, regionda sakitlik bir o qədər çox olar. Orman.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın öz hərbçilərini Almaniyadan çıxarmaq qərarını şərh edərkən deyib. “Bizim mövqeyimiz dəyişməzdir və hər kəsə məlumdur. Avropada nə qədər az ABŞ hərbçisi olarsa, regionda sakitlik bir o qədər çox olar”, – Rusiya liderinin sözçüsü bildirib. Qeyd […]

Ardını oxu

Putinlə danışıqlar nəticə verdi – Türkiyədən Qarabağ mesajı

İşğalçı Ermənistandır. Bizim hörmətli Prezidentimiz dünən bunu açıq şəkildə hörmətli Putinə izah edib. Axar.az xəbər verir ki, bunu “CNN Türk”ə müsahibəsi zamanı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın deyib. “Biz Azərbaycanın yanındayıq. Bizim Prezidentin münasibəti belədir, buna bir damcı da şübhə yoxdur. Azərbaycana təhdidin haradan gəlməsindən asılı olmayaraq, Türkiyə Azərbaycanın yanında yer alacaq. Bu, diplomatik kanalların bağlanması demək deyil. Deyə bilərəm […]

Ardını oxu

Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb

Vyetnamın Dananq şəhərində və ətraf vilayətlərdə koronavirus infeksiyasının əvvəlkindən daha aqressiv və təhlükəli növü yayılıb. Lenta.ru-nun məlumatına görə, bu barədə Vyetnam hökumətinin informasiya portalında məlumat verilib. Hazırda dörd nəfərdə yeni virusa yoluxma halı qeydə alınıb. Onlardan ikisi ağciyərlərin süni ventilyasiyası cihazına (ASV) qoşulub. Tədqiqatlara görə, virus sürətlə çoxalır və sürətli şəkildə ağırlaşmaya gətirib çıxarır. Mütəxəssislər virusun yayılması ilə bağlı iki ehtimal irəli sürüblər: […]

Ardını oxu

Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı: Ölənlər var – FOTO

Türkiyənin Mersin vilayətinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb. “Milliyet” xəbər verir ki, qəza nəticəsində beş hərbçi ölüb, 10 hərbçi xəsarət alıb. Ölənlərin arasında avtobusu idarə edən sürücü də var. Yaralılar Mut rayonun mərkəzi xəstəxanasına çatdırılıb. Qəzanın başvermə səbəbi hələlik məlum deyil.

Ardını oxu