Dövlət Komitəsi: Bərdədə yol kənarına atılan körpə bacı-qardaşla bağlı məsələ nəzarətə götürülüb

Məlumat SON XƏBƏRLƏR
Loading...

“Bərdə rayonunda yolun kənarından tapılan körpə bacı-qardaşla bağlı iş icraata götürülüb”.

Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, məsələnin araşdırılması yerli monitorinq komissiyasına tapşırılıb: “Hazırda komissiya məsələni araşdırır və valideynlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparır”.

Qeyd edək ki, fevralın 3-də Bərdə rayonunda yolun kənarından körpə bacı-qardaş tapılıb. Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir. Bu gün səhər saatlarında körpələrin anası tapılıb.

Загрузка...