Dosent “İçərişəhər” rəhbərliyinə müraciət etdi: “Sizə bilmədiyiniz bir məsələni öyrətmək üçün müraciət edirəm”

Manşet Mədəniyyət SON XƏBƏRLƏR
Loading...

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərova

Hörmətli Əsgər müəllim!
Sizə İçərişəhərdə dağıdılan abidələr barədə çox saylı faktlar yazmaq olar. Özünüz bunu bəlkə də bilməsəz, hardasa eşitmisiz. Mən bu gün Sizə bilmədyiniz bir məsələni öyrətmək üçün müraciət edirəm. Bunu bilməyiniz çox vacibdir.

Yəgin ki, gənc yaşlarında “Sehirli Xalat” filiminə baxmısız. Orda Xanın yeraltı şəhərdə gizlənməsi, sonra ordan qaçaraq Mərdəkandan çıxmasını görübsüz. Qiz qalası, Mərdəkan bağlarına və digər yerlərə kimi uzanan TARİXİ TUNELİN haqqında sizə məlumat verirəm. Məhv etdiyiniz, yox etdiyiniz İçərişəhərin gizli yolları haqqında. İçərişəhər salınan zaman düşmən mühasirəsinə düşdüyü zaman su, ərzaq, silah əldə etmək, son anda xilas olmaq üçun gizli yeraltı yolların varlığı böyük əhəmiyyət kəsb edirdi. Tarixi mənbələrdə yazılır ki, şəhərin düşmən əlinə keçdiyi zaman şah, əyanlar və mühafizəçilər yeraltı yolla Qız qalasına müdafiə mövqeyinə çəkilmələri, düşmən güc gəldikdə, qalanın təslim olma qorxusu yarananda isə yeraltı yolla şəhəri tərk etmələri haqqında maraqlı məlumatlar var.
Rus ordusunun generalın ölümündən sonra Bakını işğal etməsi zamanı yeraltı yolla şəhərdən dəniz kənarına qaçan və ordan da gəmi ilə Qacar dövlətinə gedən Hüseynqulu xan yeraltı keçidin qapısı üzərinə bu sözləri yazmışdır: “Sabahını düşünən insan heç vaxt igid ola bilməz” Bu daş yazı hardadır cənab Əsgər müəllim?

Bilirdiniz ki, İçəri Şəhərin şərq tərəfində köhnə zərgərlik fabrikinin yerində 1982-ci ildə aparılan geniş miqyaslı arxeloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol böyük maraq doğurur. Həmin yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir.

Yaxud Sizdə məlumat olar, XX əsrin 30-cu illərində Şirvanşahlar sarayı baxımsız olduğundan içərişəhərli uşaqlar bu ərazidə oynayırlarmış. Onların sarayın Divanxanasından başlayan qaranlıq yeraltı yolun olduğundan xəbərləri var imiş. Bir neçə nəfər qızlı-oğlanlı cəsur yeniyetmə günlərin bir günü neft lampası, ərzaq və su götürərək bu yolla getməyi qərara alırlar. Lakin bir müddət getdikdən sonra geriyə yolu itirib azırlar. Qorxuya düşən uşaqlar xilasolma çarəsini yalnız irəli getməkdə görürlər. Belə ki, onlar bu yolla sürətlə irəliləyir, yalnız bir neçə gündən sonra Bakıdan 60 kilometr şimalda yerləşən Mərəzə adlı yerdə üzə çıxırlar. Maraqlıdır ki, bu macəranı yaşayan qadının söhbətindən məlum olur ki, uşaqlar yeraltı gizli yol boyu havasızlıqdan şikayət etməmişlər.

Əsgər müəllim məlumunuz olsun ki, 1920-ci ildə ilk araşdırma zamanı orijinal quruluşa malik yeraltı yolun qalığı üzə çıxarılıb, və Bakının İşərişəhərinin qədim tunelləri bu gün daha yoxdur. Kəşfiyyat və bərpa işləri, təsərrüfat tullantılarından təmizləmə, həmçinin yeraltı yolların açılması 1923-1924-1925-ci illərdə davam etdirilmişdi. Bu işlər Azərbaycan Dövlət Muzeyi nəzdində fəaliyyət göstərən Tarixi abidələrin mühafizəsi üzrə komissiyanın sədri Y.A.Paxomovun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılırdı
Professor Kamil İbrahimovun yazdıqlarını da yəgin oxumusuz. Hörmətli Kamil müəllim yazır ki, “Qədim Bakının yeraltı yolları haqqında Şeblıkinin 1941-ci ildə çəkdiyi “Bakı XII əsrdə” adlı qrafik rəsmində, alman səyyahı E.Kempferin 1684-cü ildə çəkdiyi Bakının qrafik rəsmində, 1796-cı ildə hidroqraf mühəndis-polkovnik Kovalerov Xristian Truzson tərəfindən tərtib edilən xəritədə, 1858-1866-cı illərdə hidroqraf kapitan-leytenant A.F.Ulskiu tərəfindən işlənmiş Bakının xəritəsində az da olsa informasiya verilir. Ehtimal etmək olar ki, “İçərişəhər” metro stansiyasının arxasındakı yeraltı tikilidən Qoşa qala qapılarınadək uzanan yeraltı yol da məhz 1436-cı ildə Şirvanşah I Xəlilullahın kiçik qardaşı, Bakı hakimi Qəzənfər şahın inşa etdirdiyi dördbucaqlı qala-bürcün altından keçir.”

Ünvanları da yazıram İçərişəhərdən Bakının bəzi küçələrinə gedən yeraltı yolların: Salatın Əsgərova, Rəsul Rza, Şamil Əzizbəyov və Mərdanov qardaşları küçələrinin perimetri.
Hətta Bakının Salatın Əsgərova küçəsində “Malibu Rezidens” şirkətinin apardığı tikinti işləri zamanı binanın bünövrəsi üçün qazıntı işləri aparılarkən tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılmışdı. Həmin tapıntıların qədim dövrlərə aid tarixi abidənin qalıqları, yeraltı yolun isə “İçərişəhər”ə və ya “Qız Qalası”na gedən gizli yol var idi. Sonradan tikinti şirkəti qazılan ərazinin üzəri torpaqla örtərək, gizlədib.
Bax bunları da bilin. İsmaliyyə binasının altı, Bakı şəhər İH və Əlyazmalar İnstitutunun altı, İqtisad universitetin altı və digər yerlər. Hətta ordan Nizamiyə qədər olan yeri də sizə göstərə bilərəm.

Şirvanşahlar sarayının qarşısında sağ tərəfdə bağça var ki, onun altında 8 metr dərinliyində evlər, küçələr mövcuddur. Amma indi orda bağ salmısız, yanlarında isə restoran və səfirliklər….Dayanacaq da salmısız orda. Çox yerlər var ki, Sizə alimlər də deyə bilərlər. Amma nə faydası var, artıq o yolların çoxu yoxdur.

Zamanla Sizə məhv etdiyiniz İçərişəhər barədə faktlar yazacam. Ən azından öyrənin, görün nəyi dağıdırsız.

Hörmətlə dosent Zaur Əliyev

Загрузка...