DİQQƏT! Nazirlik Azərbaycanda bu yoluxucu xəstəliklə bağlı tapşırıq verdi

Manşet Sosial
Loading...

Azərbaycan Respublikasında aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Orman.Az-a verilən məlumata görə, 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. Ölkədə gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.

Xəbərin olsun:  Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

Xəstəlik halları əsasən 20-40 yaşlı vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib.

Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.

Bundan əlavə hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib.

Xəbərin olsun:  “Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA

Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir.

Загрузка...