“Diqlas”da fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər veriləcək

SON XƏBƏRLƏR Sosial
Loading...

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara güzəştli kreditlər veriləcək. ONA-nın məlumatına görə, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) inzibati binasında “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq yaradılmış işçi qrupla sözügedən ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar arasında keçirilən görüş zamanı bildirilib.

Görüş zamanı qeyd olunub ki, zərər çəkənlər alacaqları təzminat üçün “Kapital Bank”a yaxınlaşmalı olacaqlar.

Xəbərin olsun:  “Facebook”da siyasi reklamlar qadağan edilə bilər

“Diqlas” ticarət mərkəzi bərpa olunanadək sahibkarlar “Sədərək” ticarət mərkəzində və ya digər ticarət obyektində istədikləri qədər ərazi ilə təmin ediləcəklər.

Загрузка...