DİN: Azərbaycanda 6 ölü, 1 yaralı – 27 nəfər saxlanılıb

Hadisə Manşet SON XƏBƏRLƏR
Loading...

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Xəbərin olsun:  “Evsiz” partiyalara ofis veriləcək, fəaliyyət göstərməyənlər “cəzalanacaq” - AÇIQLAMA

Загрузка...