Dilarədən şok açıqlamalar: “Gördüm kişilərin xoşuna gəlmir…” – Foto

şou-biznes
Loading...

“Avroviziya-2014” təmsilçisimiz Dilarə Kazımova “Shou-News” verilişində qonaq olub.

Orman.az xəbər verir ki, Dilarə Kazımova Avroviziya mahnı müsabiqəsində yenidən iştirak edəcəyindən danışıb: “Avroviziya-2014” mahnı müsabiqəsində çıxış edəndə qapalı geyinmişdim. Bu dəfə iştirak etsəm, istəyərdim ki, qısa geyinib, ayaqlarımı göstərim.

Təəssüf ki, yarışda normal yer tutmadım və buna çox üzüldüm. Amma bunda mənim heç bir təqsirim yox idi. Çox böyük səbəbi var idi və bunu açıqlaya bilmərəm.

Özümü təsdiq etmək üçün üzərimdə çalışıram. Mən də insanlara sübut etmək istəyirəm ki, layiqliyəm, gözəl mahnılarım var və s. Bu mənim üçün çox xoşdur, bunu öz işlərimlə göstərirəm, kliplərimlə, mahnılarımla”.

Dilarə Kazımova insanların onu həmkarı Səmra Rəhimli ilə müqayisə etməsindən də danışıb: “Biz görünüş baxımından bir-birimizə oxşayırıq. Hər ikimizin saçı qıvrıcıqdır, boyumuz eynidir. Amma üslubumuz fərqlidir. Bu bu məni narahat etmir. Səmra ilə çox gözəl münasibətimiz var”.

Stilini dəyişən müğənni bunun kişi pərəstişkarları tərəfindən bəyənilmədiyini də açıqlayıb: “Çolka kəsdirdim və gördüm ki, kişilərin xoşuna gəlmədi. Amma sonra öyrəşdilər”.

Müğənni sosial şəbəkədə açıq-saçıq şəkilərinə yazılan tənqidi şərhlərdən də danışıb: “Açıq-saçıq geyimləri mahnıya uyğun edirəm. Normal şərhlər yazılanda silmirəm. Anormal fikrilər yazılanda mənim hüquq-mühafizə orqanlarına müraciət etmək hüququm var. Amma dava etməyi sevmirəm”

Загрузка...