Deputatdan AÇIQLAMA: “O, həkimlər heç özəl xəstəxanalarda da işə götürülməsin!”

Manşet
Loading...

“Pandemiya dövründə tibb işçiləri qəhrəmanlıq göstəriblər, ön cəbhədədirlər. Dünyasını dəyişən tibb işçiləri də var. Ancaq bir neçə baş həkim dedi ki, pandemiya başlayanda bəzi tibb işçiləri ərizə verərək işdən çıxıblar. Arqumentləri də bu olub ki, virusu evə aparmaq istəmirlər. İndi isə həmin tibb işçiləri geri qayıtmaq istəyirlər, çünki pandemiya səngiyib. Ön cəbhədən qaçanların yenidən işə bərpa olunması nə dərəcədə düzgündür? Baş həkimlər xahiş edirlər ki, Əmək Məcəlləsinə dəyişiklik edilsin, o həkimlər heç özəl xəstəxanalarda da işə götürülməsin”.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bugün komitənin iclasında çıxış edərkən deyib.

Xəbərin olsun:  Lavrov: “Beş rayonun geri qaytarılmasının tərəfdarıyıq”

Parlamentari həmçinin ehtiyacı olan xüsusi kateqoriya şəxslərə dövlət hesabına ev verilməsi ilə bağlı rayon icra hakimiyyətlərindəki komissiyalara millət vəkillərinin də daxil edilməsini də təklif edib:

“Bizə müraciət edən insanlar var ki, illərdir növbədədir, ancaq növbə dəyişmir. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə də əlaqə saxlamışam. Məlum olur ki, bu məsələ ilə rayon icra hakimiyyətlərində yaradılan komissiyalar məşğul olur. Mən deputatların da o komissiyalara daxil edilməsini təklif edirəm. Millət vəkili kimi bu işlərə də vaxt ayıraq”.

Загрузка...