Deputat Ədalət Vəliyevlə görüşü şərh etdi: “Gələcəkdə daha da intensiv xarakter daşıyacaq”

Cəmiyyət
Loading...

“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin həm parlament partiyaları, həm də Milli Məclisdə təmsil olunmayan partiya rəhbərləri ilə görüşü cəmiyyətdə çox müsbət qarşılanır”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, dövlət siyasi partiyalara yeni yanaşma ortaya qoyur və dialoq mühitinə özünün töhfəsini verir.

Xatırladaq ki, iyulun 7-də Milli Məclisin spikeri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə parlamentdə təmsil olunan partiya rəhbərlərinin videokonfrans formatında görüşü keçirilib.

Xəbərin olsun:  Müdafiə Nazirliyi: “Avqustun 9-da keçiriləcək andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır”

İclas “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr olunub.

Görüşün sonunda parlamentdə təmsil olunan partiyalar birgə bəyanat qəbul ediblər.

Bəyanatda Prezident tərəfindən dövlət idarəçiliyində aparılan islahatlara dəstək ifadə olunub.

F.Ağamalı söyləyib ki, görüş məhsuldar olub, geniş dialoq şəkilində keçirilib.

AVP sədrinin sözlərinə görə, Ə.Vəliyevin parlamentdə təmsil olunan partiyaların rəhbərləri ilə görüş keçirməsi yeni formatdır.

“Bu yeni format özünün əhəmiyyətini dərhal hiss etdirməyə başladı. Bir neçə gündür ki, görüş ətrafında mətbuatda müzakirələr gedir”, – deyə F.Ağamalı əlavə edib.

Xəbərin olsun:  Azərbaycanda hüquqi şəxslərə və fərdi sahibkarlara icarə haqqı ilə bağlı güzəşt edildi - QƏRAR

Parlamentarinin sözlərinə görə, iclasda Ə.Vəliyev eyni formatda yeni görüşlərin keçirilməsi təklifinə müsbət yanaşıb.

“Mən əminəm ki, perspektivdə bütün partiyalar cəmiyyətimizin önə çəkmiş olduğu aktual məsələlər ətrafında birgə müzakirəyə qatılacaq. Radikallıqdan, bir-birinə qarşı kəskin, əsası olmayan hücumlardan sağlam əsaslara söykənən, xalqımıza, dövlətimizə töhfələr verə biləcək dialoqa keçməliyik. Artıq bunun əsası qoyulub. Gələcəkdə bu addımlar daha da intensiv xarakter daşıyacaq”.

Загрузка...