Davosda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb

Manşet Siyasət
Loading...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə TANAP layihəsinin artıq istifadəyə verildiyi, TAP-ın isə bu ilin axırınadək hazır olacağı qeyd edildi.

Söhbət zamanı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparıldı. Prezident İlham Əliyev bunun çox mühüm layihə olduğunu bildirdi.

Xəbərin olsun:  Ərdoğanın Bakıda Qarabağ mövzusunda apardığı son müzakirələrin pərdəarxası - Ankara Bakının “əlini” gücləndirir...

Dövlətimizin başçısı bu ilin fevralında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər səviyyəsində görüşünün keçiriləcəyini qeyd etdi.

Robert Dadli BP-nin öz fəaliyyətində ətraf mühitin qorunmasına daha böyük əhəmiyyət verəcəyini dedi.

Загрузка...