Daraq, qanlı pasport, 2 ədəd sirk bileti – İlk qadın milli qəhrmanımızın izi ilə…

ədəbiyyat Manşet Məlumat SON XƏBƏRLƏR
Loading...

Azərbaycanın ilk şəhid qadını…
Azərbaycanın ilk şəhid jurnalist qadını…
Azərbaycanın ilk qadın milli qəhrəmanı…
Bu qədər şanlı titiulu qazanmaq üçün ona cəmi 29 il bəs eləmişdi.

Orman.Az Milli Qəhrəmanımız Salatın Əsgərovanı həyat yoluna bir daha nəzər salır…

Jurnalistika sahəsinə böyük marağı olan Salatın 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayır.
Qadın olması və evdə körpə övladına rəğmən Salatının əsas mövzusu Qarabağ idi. Qanlı, odlu, təhlükəli Qarabağ…

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olur.
Ardınca Laçından, Şuşadan reportajlar hazırlamaq üçün yenidən cəbhə bölgəsinə yollanır. Sonuncu reportajı Laçının Ağanus kəndindən olur, müsahiblərinin danışdıqlarını diktafonuna və üzərində “Özün cavabla” qeydi olan kitabçasına yazır.

O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Şuşaya Oleq Larionovun yanına getməyə qərar verir. Polkovnik leytenant Oleq Larionovun 5 il rəhbərlik etdiyi batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas edən şəxs idi.

1991-ci il yanvarın 9-da pusquda durmuş ermənilər tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında Salatınının və Oleqin olduğu maşını atəşə tutur. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Podpolkovnik Oleq Larionov ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq ermənilərlə xeyli mübarizə aparır, yerə yıxılandan sonra onu yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb yaralı Salatın Əsgərovanı dayanmadan güllələyir. Güllələrdən biri onun gicgahına dəyir.

İsrafil Şahverdiyevin şücaətilə Salatın Əsgərovanın qatilləri Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan 1991-ci ilin mayında həbs olunur. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil veriliir.
Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilir. Bakıdakı küçələrin birinə onun qətlə yetirildiyi yerin yaxınlığındakı kəndə adı verilib.
Salatın Əsgərovadan yadigar qalanlar isə bir oğlu Ceyhun Əsgərov, bir də evdən çıxanda ona gözünü yumub açınca qayıdacağına verdiyi sözdür. Bir də çantasından çıxan darağı, qanlı pasportu və qayıdan kimi oğlu ilə gedəcəyi sirkə aldığı 2 bilet…

Загрузка...