Daha çox bədəni ilə gündəmə gələn Səmra Rəhimli “təpədən dırnağa…” – FOTOLAR

flash incəsənət SON XƏBƏRLƏR şou-biznes
Loading...

Səmra Rəhimli 20 oktyabr1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra xanım uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlayıb.

Səmra Rəhimli 2014-cü ildə Türkiyənin “TV 8 Televiziyası”nda yayımlanan “O Səs Türkiyə” layihəsində iştirak etdib. O ilk – “Kör Seçmeler” mərhələsində “Simply The Best” mahnısını ifa edib və 2 münsif Səmraya tərəf dönərək özünü təklif edib. Səmra isə Hadisənin komandasında yarışmağı seçib.

Daha sonra növbəti mərhələdə – “Düellolar” mərhələsində Səmra Rəhimli Ayda Eravcı ilə birgə “I Who Have Nothing” mahnısını ifa edib. Hadisə isə Səmra ilə Ayda arasında seçim edib və Səmra Rəhimlini komandasında saxlayıb. Növbəti mərhələdə – “Bire Bir” mərhələsində Səmra Rəhimli Zeynep Topkaya ilə birgə “Sweet Dreams” mahnısı ifa edib. Hadisə isə Səmra ilə Zeynep arasında seçim edib və bu dəfə Zeynep Topkayanı komandasında saxlayıb.

Amma buna baxmayaraq Səmranı Gökhan Özoğuz öz komandasına transfer edib. Növbəti mərhələdə – “Çapraz Eşlemeler” mərhələsində Səmra Rəhimli Hadisənin komandasından Zeo Jaweed ilə yarışıb. “Eweryway That I Can” mahnısını ifa edən Səmra xanım səs vermənin yekununda Zeo Jaweeda məğlub olub və layihəni tərk edib.

Səmra Rəhimli 2015-ci ildə Azərbaycanın “AzTV Televiziyası”nda yayımlanan “Səs Azərbaycan” layihəsində iştirak edib. O ilk mərhələdə “Whecking Ball” mahnısını ifa edib və bütün 4 münsifləri özünə döndərə bilib. O, Manana Caparidzenin komandasında yarışmağı seçib.

Daha sonra növbəti mərhələdə Səmra Rəhimli Səid İsmayılzadə ilə birgə “Sən necə də gözəlsən” mahnısını ifa edib və Manana Caparidze Səmra ilə Səid arasında seçim zamanı Səmra Rəhimlini komandasında saxlayıb.

Növbəti mərhələdə Səmra Rəhimli canlı efirdə “Show must go on” mahnısını ifa edib və növbəti mərhələyə keçib. Daha sonra “1/8 final mərhələsi”ndə Səmra “Perfect” mahnısını ifa edərək layihədə yoluna davam edib “1/4 final mərhələsi”ndə Günel Əlizadə və İbrahim İbrahimlinin bəstəsi olan “Sev” mahnısını ifa edib və “yarım-final mərhələsi”nə vəsiqə qazanıb.

“Yarım-final mərhələsi”ndə Səmra Rəhimli Manana Caparidzenin komandasından olan digər iştirakçı Elvin Novruzov ilə yarışıb. Səmra “When Life Takes Over” mahnısını ifa edir Elvin Novruzovu 74.5-25.5 faiz dərəcəsilə məğlub edərək “Səs Azərbaycan” layihəsində finala keçir.

2016-cı ilim 5 mart tarixində keçirilən finalda Səmra Rəhimli ona “1/4 final mərhələsi”ndə uğur qazandıran “Sev” və “Sweet Dreams” mahnısını yenidən ifa edib. “Səs Azərbaycan” layihəsinin qaydalarına əsasən SMS səsverməsinin yekununda 4 iştirakçıdan 1-i layihə ilə vidalaşacaqdı. Layihə ilə ilk vidalaşan isə Səmra Rəhimli olub və o “Səs Azərbaycan” layihəsində 4-cü yeri tutub. Sonda Səmra Rəhimli “Say Something” mahnısını ifa edib.

Səmra Rəhimli 2012-ci ildə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün bu ölkənin Milli Seçimlərinə qatılıb.

Amma 18 yaşlı Səmra nın gənc və təcrübəsiz olması, onun Milli Seçimlərin elə ilk mərhələsində məğlub olması ilə nəticələnib.

2016-cı ilin 10 mart tarixində İctimai Televiziyanın Avroviziya Mahnı Müsabiqəsi üzrə münsiflər heyətinin iclasında Səmra Rəhimlinin Azərbaycanı 61-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsi qərara alınıb.

Səmra Azərbaycanı “Miracle” mahnısı ilə təmsil edib və final mərhələsini 17-ci yerdə bitirib. .

Загрузка...