“Dəyirman öz işindədir”: Azyaşlılara hələ də enerji içkisi satılır – Marketlərin gülməli arqumenti

Manşet Sosial
Loading...

Bu gün marketlərdə 18 yaşından kiçik şəxslər heç bir problemsiz enerji içkiləri ala bilirlər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunub. Bu qaydalar yanvar ayının 1-dən etibarən qüvvəyə minib. Amma tətbiq mexanizmi bir o qədər də effektiv deyil.

Qaydalar icazə verməsə də, görünən odur ki, marketlər məhsullarını satmaqda maraqlıdırlar. Onlar üçün fərq etmir ki, alıcının 18 yaşı var, yoxsa yox.

Bu məsələyə toxunmağımızın səbəbi marketlərdən birində qarşılaşdığımız mənzərə oldu. Alış-veriş zamanı 10-12 yaşlarında bir uşağın soyuducudan enerji içkisi götürdüyünü gördük. Azyaşlı olduğu üçün satıcının məhsulu ona satıb-satmayacağını dəqiqləşdirmək üçün kassaya qədər izlədik. Nəticə isə, təəssüf ki, düşündüyümüz kimi oldu. Satıcı bu məhsulu uşağa satdı.

Xəbərin olsun:  Prezident onlara fəxri adlar verdi - SİYAHI

Azyaşlının enerji içkisini özü üçün deyil, başqası üçün aldığını deməsi satıcı üçün kifayət qədər sərfəli “arqument” oldu.

Məsələnin maraqlı tərəfi isə AQTA tərəfindən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”nı hansı mexanizmlə tənzimlənməsidir. Aydındır ki, bu kimi faktları görən vətəndaşların müraciəti əsasında inzibati tədbirlər görülür. Bəs görünməyən hallar necə?

Faktla bağlı AQTA-ya müraciət edərək, bu qaydalara riayət olunub-olunmamasına hansı şəkildə nəzarət edildiyini soruşduq.

Xəbərin olsun:  Emin Ağalarov: “Qarabağ münaqişəsinin yeganə həll yolu torpaqların erməni işğalından azad olunmasıdır” - VİDEO

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir:

“Azərbaycan Respublikasinin Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Enerji içkilərinə dair sanitariya norma və qaydaları”da nəzərdə tutulan tələblərə əməl edilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər həyata keçirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati tədbirlər görülür.

Əgər vətəndaşlar sözügedən tələblərin pozulması və eləcə də, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satılması halları ilə qarşılaşsalar, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırmalara başlanılacaq və qanuna müvafiq tədbirlər görüləcək”.

Загрузка...