Dəyərli fikirlərinə, dərin məsləhətlərinə və xoş sözlərinə görə məşhur iş adamı və rayon ağsaqqalı Şakir Həsənova təşəkkür edirik.

flash
Loading...

“Məşhur Məmmədovun iş həyatında yaşadığı uğurlar onu dünya səviyyəsində tanınan iş adamına çevirib. Mən də iş adamıyam, bu inkişaf məndə onun bacarığına, yüksəlişinə yaxşı mənada bir qısqanclıq hissi yaradır. Yaş fərqimizə baxmayaraq bizim səmimi münasibətimiz var. Uşaq yaşlarından tanıdığım dostum artıq bütün ölkədə tanınan insana çevrilib.

Məşhur Məmmədov xalqına, elinə həmişə vəkillik etmiş, onların xeyrinə-şərinə yaramış bir şəxsiyyətdir. Daim xalqının, elinin yanında olub, onların çətinliklərini həll edib və qayğısına qalıb. Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verən Məşhur bəy uğurlarını Masallı rayonunun camaatı ilə bölüşməklə fəxr edir. Hər bir insanın probleminə, öz problemi kimi yanaşır.

Xəbərin olsun:  Baş nazirdən ali məktəblərə qəbul imtahanı ilə bağlı mühüm QƏRAR

Masallı rayonunun abadlaşdırılmasına, istirahət parklarının salınmasına, aztəminatlı ailələrin övladlarının təhsil almasına, xəstələrin şəfa tapmasına dəfələrlə köməklik göstərib. Mən inanıram ki, Məşhur Məmmədov deputat seçilərsə, daha böyük işlər görəcək.

Bu nailiyyətləri Möhtərəm Prezidentimizin də nəzərindən yan keçməyib. Qazandığı uğurlar nəticəsində 2005-ci ildə Məşhur Məmmədov “Azad sahibkarlığın inkişafına” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsində fərqləndiyinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Xəbərin olsun:  “Azəriqaz”ın rəhbəri baş mühəndisi işdən çıxardı, 270 əməkdaşla bağlı intizam-tənbehi tətbiq etdi

İşə başlarkən ağsaqqallardan, ağbirçəklərdən, böyüklərdən xeyir-dua almaq çox vacibdir. Başa düşürəm ki, Məşhur Məmmədov necə ağır yükün altına girib. Buna görə də biz iş adamları, sahibkarlar ona dəstək olmalıyıq. Mən ağsaqqal, iş adamı kimi keçdiyim yolların asan və çətinliklərini onunla bölüşüb, ona gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.”

Dəyərli fikirlərinə, dərin məsləhətlərinə və xoş sözlərinə görə məşhur iş adamı və rayon ağsaqqalı Şakir Həsənova təşəkkür edirik.

Загрузка...