Dərsliklər nə vaxt yığılacaq? – AÇIQLAMA

təhsil
Loading...

Hər tədris ilinin sonunda dərsliklər məktəb tərəfindən şagirdlərdən təhvil alınır.

Dərs ilinin sonuna azalıb. Tədris proqramı yekunlaşmasa da, dərsliklər yığılmalıdır.

Bu il orta məktəb dərsliklər nə zaman yığılcaq?

Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən mart ayının 3-dən etibarən təhsil müəssisələrində dərslər dayandırılıb. Tele dərslər, virtual məktəb kimi layihələr həyata keçirilsə də, bu heç də şagirdlərin təhsildə geri qalmasının qarşısını tam olaraq almır. Ona görə də xüsusilə ibtidai sinif şagirdlərinin valideynləri hesab edir ki, dərsliklər hələ yığılmamalıdır. Bu da yay ayları ərzində keçilməyən dərslərin valideynlər tərəfindən uşaqlara öyrədilməsi ilə bağlıdır.

Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov isə “dərsliklər təhvil alınacaqmı” sualını “əlbəttə” – deyə cavablandırıb.

O, bildirib ki, dərsliklərin növbəti tədris ilində növbəti siniflərə paylanılması üçün dərsliklər mütləq yığılmalıdır. Amma o hələ ki, bunun üçün tarixin müəyyənləşmədiyini bildirib: “Hələ ki, dərsliklərin nə zaman yığılacağı məlum deyil”.

Загрузка...
Xəbərin olsun:  Birinci sinifə qəbul üzrə onlayn Apellyasiya Komissiyasının fəaliyyəti başa çatdı