“Dədə Qorqud”un səs-küy doğuran şəklini çəkmiş rəssam vəfat etdi – FOTO

Hadisə SON XƏBƏRLƏR
Loading...

Xalq rəssamı Altay Hacıyev vəfat edib.

Bu barədə Modern.az-a Azərbaycan Rəssamlar İttifaqından məlumat verilib. Onun vəfatının səbəbi kimi xüsusi bir xəstəliyi qeyd olunmayıb. Xalq rəssamının yaşlandığı, taqətdən düşdüyü, bu səbəblərdən dünyadan köçdüyü bildirilib.

Altay Hacıyev ötən gün vəfat edib və bu gün də Bakıda torpağa tapşırılıb.

Qeyd edək ki, rəssam Altay Hacıyev 1931-ci ildə dünyaya göz açıb. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. 1962-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə “Humay” mükafatı ilə təltif olunub. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsüdür.

Xəbərin olsun:  Ermənistanı ən kritik il gözləyir - 2020 bahalaşma ilə gəldi

Rəssamın bir neçə fərdi sərgisi təşkil olunub. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə “Natəvan-Şuşa”, 2001-ci ildə isə “Xalqımızın ulduzları” adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri keçirilib.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.

Altay Hacıyev yaradıcılığının böyük bir dövrünü kitab qrafikasının inkişafına sərf edib. Neçə-neçə kitaba bədii tərtibat verib, bir çox əsərlərə illüstrasiyalar çəkib.

 
Qeyd edək ki, Altay Hacıyevin adı iki gün öncə medianın gündəminə gəlmiş, sosial şəbəkələrdə müzakirələr yaratmışdı. Buna səbəb xalq dastanının qəhrəmanı Dədə Qorqudun 5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyinin üz qabığında təsvir olunmuş şəkli idi. Həmin şəkildə sol əlinin barmaqlarını çənəsinə tutan Dədə Qorqud sanki siqaret, ya da siqar çəkirmiş kimi baxır. 

Xəbərin olsun:  Görmə qabiliyyəti olan tank sınaqdan keçirildi

Sosial şəbəkə istifadəçiləri Dədə Qorqudun həmin rəsmini tənqid atəşinə tutmuş, onun müəllifi olan rəssamı qınamışdılar.

Dərsliyi çap edən “Təhsil NP” MMC isə sosial şəbəkədəki iddiaları təkzib etmişdi. Bildirilmişdi ki, Dədə Qorqudun əlində heç nə yoxdur: “Məlumdur ki, Dədə Qorqudun yaşadığı tarixi dövr və məkanda tütün məmulatından istifadə edilməyib, ümumiyyətlə, tütün Avropaya ilk dəfə XVI əsrdə Amerika qitəsindən gətirilib. Əsərin müəllifi də bu cür iradların absurd olduğunu söyləyib”.


Allah rəhmət eləsin…

Загрузка...