Çində koronovirusdan ölənlərin sayı durmadan artır

Manşet SON XƏBƏRLƏR
Loading...

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 30,6 min, bu virus səbəbindən ölənlərin sayı isə 633 nəfərə çatıb.

Bu barədə “Report” “Vani” agentliyinə istinadən xəbər verir. Bildirilib ki, 1,4 min nəfər sağalıb. Mərkəzi hökumət orqanlarının məlumatına görə, ölkədə 186 mindən çox insan karantindədir. 

Məlumata görə, virus ən çox Hubey əyalətində yayılıb. Burada 22,1 min nəfər koronavirusa yoluxub, 618 nəfər ölüb. 

Xəbərin olsun:  Məktəblər sentyabrın 15-nə qədər təxirə salınır? - RƏSMİ AÇIQLAMA

Əyalətdə xəstəliyə yoluxan insanlarla təmasda olmuş 64 mindən çox vətəndaş həkimlərin daimi nəzarətindədir. Çjetszyan (970 nəfər yoluxub) və Quandun (954 nəfər yoluxub) əyalətlərində virusa yoluxma qeydə alınsa da ölüm hadisəsi baş verməyib. Öz növbəsində, 70 və 91 nəfər sağalıb. Pekində isə 274 nəfər yoluxub, 1 nəfər ölüb.

Загрузка...