Çində güclü zəlzələ olub: Ölənlər var

Dünya
Loading...

Çinin cənub-qərbindəki Yunnan bölgəsində meydana gələn beş bal gücündə zəlzələ nəticəsində dörd nəfər ölüb, 23 nəfər yaralanıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Zəlzələ ötən gün axşam yerli vaxtla 21:47-də 5,5 milyondan çox insanın yaşadığı Çjaotun şəhər dairəsinin Syaoszya bölgəsində qeydə alınıb. Yeraltı təkanların episentri səkkiz kilometr dərinlikdə olub.

Xəbərin olsun:  İrəvanın ermənilərə verilməsində Osmanlı təkid edib - TARİX

Təbii fəlakətdən sonra yerli hakimiyyət orqanları tez zamanda xilasetmə əməliyyatları təşkil edib, zədələnmiş binalarda olan sakinlər təhlükəsiz ərazilərə təxliyyə edilib. 

Загрузка...