Peşə dərslərinin mayın 25-nə olan cədvəli açıqlandı

“Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin peşə təhsili pilləsi üzrə mayın 25-i üçün nəzərdə tutulan cədvəl açıqlanıb. Metbuat.az xəbər verir ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “Youtube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Ardını oxu

Təhsil Nazirliyi məlumat yaydı

Mayın 20-dən tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələrə başlanılıb. Təhsil Nazirliyindən Pravda.az-a verilən xəbərə görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Qərarına uyğun olaraq tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların onlayn müsahibələri üzrə qeydiyyata iyunun […]

Ardını oxu

Böhranın ən çox ziyan vurduğu orta təbəqəni xilas planı – TƏHLİL

Koronavirus pandemiyası dünyanın əksər ölkələrində müəssisələrin bağlanmasına, yaxud fəaliyyətinin məhdudlaşmasına gətirib çıxartdı. Bu prosesdən ən çox zərər çəkən bütün dünyada orta təbəqə – kiçik və orta biznesdir. Buna görə də hökumətlərin iqtisadiyyata yardım proqramlarının əsasında məhz bu təbəqə dayanır. Çünki müasir iqtisadiyyatın əsasında kiçik və orta sahibkarlıq dayanır. Məsələn, Çində sayı 30 milyona yaxın olan kiçik və orta sahibkarlıq subyektləri […]

Ardını oxu

“Dərs vaxtı”nın bu günə olan cədvəli

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 20-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə […]

Ardını oxu

Milli Məclis öz qərarını ləğv etdi

Məlum olduğu kimi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu bu məqsəd ilə büdcədən 40 milyon manat ayrılıb. Bu da ölkədə kifayət qədər şəxsə, azı 20 min tələbənin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini əhatə edəcək. Bəs hazırda […]

Ardını oxu

Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ

Birinci sinfə şagird qəbulu üçün valideyn (qanuni nümayəndə) sənədləri məktəbə təqdim etməlidir. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin sənədlər Azərbaycan vətəndaşları üçün – valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti, Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək […]

Ardını oxu

İmtahanların keçirilməsi üçün DİM-ə ayrılan məbləğin həcmi üç milyon manat artıb

Dövlət büdcəsindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, dövlət ümumtəhsil müəssisələrinin buraxılış və monitorinq imtahanlarının təşkili və keçirilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb. Bu barədə Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatda bildirilib. Qeyd olunub ki, həmin imtahanların keçirilməsi üçün Dövlət İmtahan Mərkəzinə səkkiz milyon manat vəsait ayrılıb. Bu rəqəm 2018-ci il üzrə analoji göstəricidən üç milyon manat […]

Ardını oxu

Təhsil Nazirliyindən məktəblilərin yay tətili ilə bağlı AÇIQLAMA

“Təhsil Nazirliyi yay tətili ilə bağlı bir çox tədbirlərin təşkili üzərində çalışır”. Bunu APA-ya açıqlamasında Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı həm televiziya formatı, həm də onlayn resursların təqdim olunmasına dair müzakirələr gedir: “Müzakirələr şagirdlərin faydalana biləcəyi öyrədici və əyləncəli ruhda resursların təqdimatı ilə bağlıdır. Dünən də Nazirliyin rəhbərliyi səviyyəsində müzakirələr aparıldı. […]

Ardını oxu

Valideynlərin nəzərinə! I sinfə qəbul bu üsulla APARILACAQ

Mayın 11-nə (saat 10:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43 739 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Metbuat.az xəbər verir ki, bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur. 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların […]

Ardını oxu

“Tədris prosesinin iyunun 1-də bərpa edilməsi nəzərdə tutulmur” – Nazir

“Tədris prosesinin iyunun 1-dən etibarən bərpa edilməsi nəzərdə tutulmur. Yəni həmin tarixdən dərslər başlamayacaq”. “BakuPost” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.Nazirin sözlərinə görə, imtahanların keçirilməsi ilə bağlı yeni normalar hazırlanıb: “Yaxın günlərdə sənədin təsdiq edilməsi planlaşdırılır. Fərqli yanaşmalar olacaq. Normativ və hüquqi baxımından məsələlər müzakirə olunur. Bu prosesi tənzimləyən […]

Ardını oxu

Son dəqiqə! Təhsil naziri mühüm əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə tətbiq edilən xüsusi iş (əmək) rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 163 nömrəli Qərarının, 16 mart 2020-ci il tarixli 1/384 nömrəli və 2 may 2020-ci il 10/541 nömrəli məktublarında verilən tapşırıqların icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının […]

Ardını oxu

Təhsil Nazirliyindən AÇIQLAMA – Mayın 31-dək….

Təhsil Nazirliyi vətəndaşların qəbulunu mayın 31-dək dayandırdı. Metbuat.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il mayın 31-dək fəaliyyətini dayandırıb. Nazirlikdən verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər […]

Ardını oxu

Tələbələrə şad xəbər – Nazir müavini AÇIQLADI

“4-cü kurs tələbələrinin ali məktəbi bitirməsində elə bir sıxıntı olmayacaq”. Anews.az xəbər verir ki, bu sözləri Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib. Bildirib ki, buraxılış kurslarında oxuyan tələbələr fevral ayından etibarən təcrübə sahələrində praktikada olurlar: Aşağı kurs tələbələrinin digər kursa keçməsi məsələsində isə rektorlar da yaranmış vəziyyəti qiymətləndirərək bu barədə müəyyən müzakirələr aparır. Yəqin ki, hər bir ali məktəbin rəhbərliyi […]

Ardını oxu

ADNA-da törədilən terror aktından 11 il ötür – ANIM

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür. “Orman.az” xəbər verir ki, terror hadisəsindən 11 il ötür. Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd […]

Ardını oxu

Repetitor yanına necə getməli? – “Müəllimlər də çaş-baş qalıb, şagirdlər də…”

“Şagirdlərin tədris və repetitor xidmətlərindən istifadə üçün 8103 vasitəsilə icazə almaları doğru addım deyil”. Bu fikirləri Yenicag.az-a açıqlamasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, bu gündən etibarən, fərdi tədris və repetitor xidmətlərinin bərpa olunmasına münasibət bildirən təhsil eksperti Elçin Əfəndi deyib. Elçin Əfəndinin fikrincə, qəbul olunan qərarda bir sıra çatışmazlıqlar var: “Birincisi, repetitor qrupları böyük və […]

Ardını oxu

Nazirdən “son zəng”lə bağlı RƏSMİ AÇIQLAMA

“Son zəng” hər kəsin həyatında xüsusi yer tutur. Amma prioritetləri düzgün müəyyən etməliyik”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib. O qeyd edib ki, 11-ci sinif şagirdləri kifayət qədər yetkin şəxslərdir: “Bu tədbiri daha sonra da həyata keçirmək mümkündür. Onu da istisna etmirəm ki, bizim bəzi şagirdlərimiz kreativlik nümayiş […]

Ardını oxu

Təhsil nazirindən buraxılış və qəbul imtahanları barədə açıqlama

“Təhsil sisteminin əhatəliliyi nəzərə alınaraq və mövcud vəziyyət qitmərləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq”. “Report” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, ehtiyac olsa dəstəkləyici addımlardan istifadə etməklə dərslərdən geri qalmaq halları aradan qaldırılacaq: “Çalışacaq ki, növbəti tədris ilində bu məsələ problem yaratmasın”. C.Bayramov qeyd edib ki, […]

Ardını oxu

Qəbul imtahanı ildə iki dəfə keçirilə bilər

“İmtahanların ödənişli olması ilə bağlı məsələni dövlət tənzimləyir”. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, şərait imkan versə, ildə iki dəfə qəbul imtahanı (yaz və yay) keçiriləcək: “Amma mövcud vəziyyət imkan verməsə təbii ki, bir dəfə qəbul imtahanı keçiriləcək. Bu gün üçün bizə hər hansı […]

Ardını oxu

“Yayın istisində şagird və tələbələri siniflərə, auditoriyalara yığmaq düzgün deyil” – Keçmiş təhsil naziri

Türkiyədə universitet və məktəblərdə yay tətili ləğv edilib. Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilmiş qərara əsasən, yay aylarında tədris davam edəcək. Bununla da COVID-19 pandemiyası səbəbindən təxirə salınan dərslər əvəzlənəcək. Müəllimlərin 2 aylıq yay tətili də qısaldılacaq. Maraqlıdır, Azərbaycanda da belə bir qərar qəbul oluna bilərmi? Məsələyə həm aidiyyəti qurumla, həm də ekspertlərlə AYNA tutmağa çalışdıq. Sualımızı əvvəlcə Təhsil […]

Ardını oxu

DİM rəsmisindən imtahan tarixləri ilə bağlı AÇIQLAMA

“Hazırda biz ali və orta ixtisas təhsili müəssisələrinə buraxılış və qəbul imtahanının tarixi barədə heç nə deyə bilmərik. Çünki imtahanların tarixi Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılıdır”. Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova AZTV-nin efirində deyib. Onun sözlərinə görə, xüsusi karantin rejimi bitdikdən sonra DİM tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun, qəbul […]

Ardını oxu

Azərbaycanda tədrisin dayandırılması müddəti uzadıldı – RƏSMİ

Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması mayın 4-dək uzadılıb.  Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və […]

Ardını oxu

Baş nazirdən təhsillə bağlı MÜHÜM QƏRAR

Nazirlər Kabineti “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nı təsdiq edib. Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.  Qərara əsasən, orta ixtisas təhsili üzrə ixtisasların yeni təsnifatının təsdiqlənməsi ilə əlaqədar  Nazirlər Kabinetinin “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 2010-cu il 19 yanvar tarixli 11 nömrəli […]

Ardını oxu

Bələdiyyə sədri saxta arayışlar satan zaman xidməti otağında saxlanıldı – Əməliyyat/Foto

  Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkədə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir. Belə neqativ hallara qarşı Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir. Teleqraf.com-un xəbərinə görə, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatında deyilir: “Daxil olmuş əməliyyat məlumatı əsasında […]

Ardını oxu

Onlayn dərslərdən 2 alan Azərbaycan məktəbi – Koronavirus təhsildə hansı boşluqları üzə çıxardı?

“Martın 3-dən məktəblər bağlanıb, ay yarım vaxt keçib, hələ bu müddət iki ay da davam edəcək. Bu vaxt ərzində şagirdlər heç bir nəticə əldə edə bilmədi. Azərbaycan təhsili və məktəbi onlayn dərslərdən 2, Azərbaycan Universiteti isə 0 qiymət aldı. Bu o deməkdir ki, Azərbaycan Universiteti yalnız bir parta və divardan ibarətdir”. Bu fikirləri Yenicag.az-a açıqlamasında ekspert Kamran Əsədov koronaviruslu günlərdə […]

Ardını oxu