“Eurohome” bağlanır – Sahibkarlar etiraz edir – VİDEO

“Eurohome” ticarət mərkəzində mayın 11-də baş verən yanğından sonra sahibkarlara bazarın nə vaxt fəaliyyətə başlayacağının bəlli olmadığı deyilib. Buna görə də bu gün 50-yə yaxın sahibkar bazarın ərazisində toplaşaraq etiraz ediblər. Sahibkarlardan biri Rasim Musayev bildirib ki, bu gün onlara artıq işləməyəcəkləri deyilib: “Bazarın sahibi Azər Möhlətov gəlib dedi ki, istintaq gedir deyə bazar işləməməlidir. Amma nə vaxta qədər işləməyəcəyini […]

Ardını oxu

Bakıda bu binalar sökülür

Bakıda 1 200-dən çox yararsız bina sökülüb. Orman.az-ın xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı Departamentindən bildiriblər. Qeyd olunub ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqvilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər: “Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtın bir çox rayonlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam […]

Ardını oxu

Müddəti bitmiş sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi – RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi hallarda həmin vəsiqələrdən istifadəyə görə məsuliyyətə cəlb edilməyəcəkləri barədə […]

Ardını oxu

Təhsil Nazirliyi məlumat yaydı

Mayın 20-dən tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələrə başlanılıb. Təhsil Nazirliyindən Pravda.az-a verilən xəbərə görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Qərarına uyğun olaraq tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların onlayn müsahibələri üzrə qeydiyyata iyunun […]

Ardını oxu

Ramazana görə rayonlara gediş-gəliş açılır? – Video

Ramazan bayramı ilə əlaqədar rayonlara gediş-gəlişin bərpasına hələki icazə yoxdur. Amma yaxın günlərdə yeni bir vəziyyət yarana bilər, yeni qərar verilə bilər. Axar.az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə gediş-gəlişlə bağlı qadağa […]

Ardını oxu

Böhranın ən çox ziyan vurduğu orta təbəqəni xilas planı – TƏHLİL

Koronavirus pandemiyası dünyanın əksər ölkələrində müəssisələrin bağlanmasına, yaxud fəaliyyətinin məhdudlaşmasına gətirib çıxartdı. Bu prosesdən ən çox zərər çəkən bütün dünyada orta təbəqə – kiçik və orta biznesdir. Buna görə də hökumətlərin iqtisadiyyata yardım proqramlarının əsasında məhz bu təbəqə dayanır. Çünki müasir iqtisadiyyatın əsasında kiçik və orta sahibkarlıq dayanır. Məsələn, Çində sayı 30 milyona yaxın olan kiçik və orta sahibkarlıq subyektləri […]

Ardını oxu

Bakıda koronavirus “bazarı” – hamı oradan evinə xəstəlik daşıyır…

Mayın 18-dən etibarən Azərbaycanda karantin rejimi növbəti dəfə yumşaldıldı. Bu yumşalmadan sonra parklara, bulvar ərazisinə girişə icazə verildi, kafe-restoranların fəaliyyətinə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırıldı. Eyni zamanda insanların xüsusi qaydada icazə alaraq çölə çıxması sistemi də ləğv edildi və artıq hər kəs çölə istədiyi saatda çıxa, istədiyi qədər qala bilər. Yalnız tövsiyə edilir ki, çölə çıxan insanlar sosial məsafəni […]

Ardını oxu

Həbsdən çıxan məmur niyə “kral kimi” yaşayır?

Həbs edilən korrupsioner məmurların bəzisi cəzasını çəkib, azadlığa çıxdıqdan sonra rüşvət yolu ilə əldə etdikləri mülklərində yenidən oliqarx həyatı yaşamağa davam edirlər. Bu vəziyyət onların əmlaklarının müsadirə olunması məsələsini gündəmə gətirir. Ümumiyyətlə, rüşvətə görə həbs edilən bu məmurların mülklərinin müsadirə olunması prosesi necə həyata keçirilir? Necə olur ki, onlar həbsdən çıxandan sonra rüşvət yolu ilə taladıqları sərvətdən gen-bol istifadə edə […]

Ardını oxu

“Dərs vaxtı”nın bu günə olan cədvəli

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 20-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə […]

Ardını oxu

Nazirin qatıldığı videokonfransda Azərbaycanın adı səhv yazılıb? – AÇIQLAMA

Səhiyyə Naziri Oqtay Şirəliyevin çıxışı zamanı qarşısına qoyulan lövhəcikdə “Azərbaycan” sözünün yazılışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məsələyə Səhiyyə Nazirliyi tərəfindən aydınlıq gətirilib. Nazirlikdən bildirilib ki, ölkənin adının yazılışında səhv yoxdur: “Ümumdünya Səhiyyə Assambleyasının rəsmi dili fransızcadır. Buna görə də bütün rəsmi yazışmalar və ölkələrin adları da fransız dilində qeyd olunur. “Azərbaycan” sözü də bu dildə olduğu kimi […]

Ardını oxu

Bu abituriyentlər üçün qəbul imtahanı qaydası dəyişdirildi – RƏSMİ

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edib. Metbuat.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən verəcəkləri ayrıca imtahanın davametmə müddəti azaldılıb. Belə ki, imtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. […]

Ardını oxu

Prezident sərəncamı AZTV-DƏ İCRA OLUNMUR

Dünyada və ölkəmizdə yayılmış məlum koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş xüsusi karantin rejimində ölkə başçısı cənab Prezidentin məlum sərəncamında göstərildiyi kimi yaşı 65 dən yuxarı olan vətəndaşların işə gəlib getmələri qadağan olunsa da onların əmək haqqı tam ödənilməlidir. Redaksiyamıza daxil olan məlumata görə ölkə başçısının bu sərəncamı Aztv-də icra olunmur.Verilən məlumata görə 18.05.2020-ci ildə Aztv əməkdaşları əmək haqqlarını […]

Ardını oxu

Bərdədə haqlı olaraq örüş yerini tələb edən vətəndaşlar saxlanılıb-Mətanət Əsgərqızı yazır

SosialMedia.az xəbər verir ki, hər dəfə maraqlı statusları ilə gündəmdə olan müstəqil jurnalist,”Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Bərdə rayonunda baş verənlərlə bağlı status yazıb. Statusu olduğu kimi təqdim edirik. Bu gün Bərdədə haqlı olaraq örüş yerini tələb edən vətəndaşlar saxlanılıblar.Örüş yerini satan Vidadi İsayev hələ də polisin gücündən istifadə edir. Utanmadan xalqın haqlı tələbinə qanunsuzluq tələbi adı […]

Ardını oxu

Milli Məclis öz qərarını ləğv etdi

Məlum olduğu kimi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu bu məqsəd ilə büdcədən 40 milyon manat ayrılıb. Bu da ölkədə kifayət qədər şəxsə, azı 20 min tələbənin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini əhatə edəcək. Bəs hazırda […]

Ardını oxu

Azərbaycanda koronavirusdan ölən şəxslər – SİYAHI

Azərbaycanda bu günə qədər 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2055 nəfər müalicə olunaraq sağalmış, 40 nəfər vəfat etmiş, 1292 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Orman.az xəbər verir ki, həmin şəxslərdən 45 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Azərbaycanda koronavirusa yoluxanlar daha çox 50-59 yaşlı insanlardır. Ümumi yoluxma üzrə yaş bölgüsü isə […]

Ardını oxu

Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ

Birinci sinfə şagird qəbulu üçün valideyn (qanuni nümayəndə) sənədləri məktəbə təqdim etməlidir. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin sənədlər Azərbaycan vətəndaşları üçün – valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti, Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək […]

Ardını oxu

Baş prokurordan yeni təyinatlar

Baş prokuror Kamran Əliyev özünə yeni köməkçilər təyin edib. Sabah.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokurorları Emin Nəsibov və Elnur Musayev Baş prokurorun köməkçisi vəzifəsinə təyin olunublar. Xatırladaq ki, yeni Baş prokuror daha öncə verdiyi əmrlə bütün köməkçilərini vəzifədən azad etmişdi.

Ardını oxu

Daha bir məhdudiyyət aradan qaldırıdı – Bu gündən etibarən…

Mayın 18-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb. Dövlət Turizm Agentliyindən Metbuat.az-a verilən məlumata görə, bu barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq qəbul […]

Ardını oxu

​”Çimərliklərə bağlı komissiya yaradılıb və qaydalar hazırlanır” – Eldar Əzizov

“Çimərliklərə bağlı komissiya yaradılıb və qaydalar hazırlanır”. Orman.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər yerdə sosial məsafə saxlamaq vacibdir: “Bununla bağlı bəzi elektron sistemlərdən istifadə olunacaq. Vətəndaş evdən çıxmamışdan qabaq yer sifariş edə bilər. Biz proqram hazırlayırıq”. E.Əzizov bildirib ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə […]

Ardını oxu

“Respublikanski” niyə bağlanıb? – TƏBİB-dən AÇIQLAMA

“Hazırda xüsusi həkim qrupları bütün xəstəxanalara baxış keçirir. Bu da çox normaldır”. Metbuat.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. “Y. Qarayeva deyib ki, bu baxışlarla bağlı hansısa xəstəxanada dezinfeksiya işinin aparılması, hansısa şöbənin boşaldılması normaldır: “Respublika Xəstəxanasına müxtəlif rayonlardan xəstələr daxil olur. […]

Ardını oxu

Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağa götürüldü – RƏSMİ

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah qərar qəbul edib. Qərara əsasən, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların […]

Ardını oxu

Bu gündən restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir – RƏSMİ

Mayın 18-dən bütün ölkə ərazisində restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur. Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.   Bildirilir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmət dayandırılır. Qeyd […]

Ardını oxu

Baş Nazirdən vacib qərar – Mayın 31-dək bunlar qadağandır

Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Qərar imzalayıb. Qərarla müəyyən edilib ki, 2020-ci il 31 may saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: – yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və […]

Ardını oxu