Azərbaycanda komendant saatı tətbiq edilir? – Baş infeksionist danışdı

Xəbər verdiyimiz kimi Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının COVID-19 infeksiyasına yoluxması ilə bağlı məlumatlar var. Publika.az xəbər verir ki, bir nəfər əməkdaşın test nəticəsi müsbət çıxdığından qurumun digər əməkdaşıları da karantinə alınıblar. Bundan əlavə Kürdəmir rayonunda da yoluxma sayında artım müşahidə edilib. Rayonlarda COVİD-19-a yoluxma hallarının birdən-birə artmasının səbəbi nədir? Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Sonxəbər”ə açıqlamasında rayonlarda koronavirusun sürətlə yayılmasına […]

Ardını oxu

Türkiyə və Azərbaycan vətəndaşlarının təxliyə vaxtı bəlli oldu

Xəbər verdiyimiz kimi Türkiyə-Azərbaycan arasındakı uçuşlar koronavirusa görə ləğv edilib. Türkiyə səfirliyindən verilən məlumata görə, hər iki ölkənin vətəndaşlarını təxliyə etmək üçün 15 mart tarixində aşağıdakı 2 uçuş tövsiyə edilən şərtlərdə icra ediləcək. TK332 İSTGYD-08:55 sadəcə Azərbaycan vətəndaşları TK333 GYDIST-13:45 sadəcə Türkiyə vətəndaşları TK334 ISTGYD-16:00 sadəcə Azərbaycan vətəndaşları TK335 GYDIST-20:50 sadəcə Türkiyə vətəndaşları

Ardını oxu

İstifadəyə yararsız ətlər aşkarlandı- DİN məsələyə qarışdı

Mayın 26-da Bərdədə keçirilmiş tədbirlər nəticəsində Tərtər rayon sakini A.Əhmədov idarə etdiyi avtomobillə rayonun Divanlı kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.  “Qafqazinfo”nun məlumatına görə, onun idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 70 kq ət aşkar edilərək götürülüb. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.Araşdırmalar aparılır.

Ardını oxu

Prezident və xanımı Şamaxıda… – Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna səfərə gəliblər. Orman.az xəbər verir ki, dövlət başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində […]

Ardını oxu

Şamaxının icra başçısı açıqlama verdi

Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tahir Məmmədov RİH əməkdaşlarının koronavirusla bağlı karantinə götürülməsi ilə bağlı məlumata münasibət bildirib. “Report”un məlumatına görə, AzTV-nin efirinə canlı bağlantı ilə qoşulan T.Məmmədov RİH-in bir əməkdaşının koronavirusla bağlı verdiyi testinin nəticəsinin müsbət çıxdığını təsdiqləyib: “Bildiyiniz kimi, mütəmadi olaraq bütün digər rayonlar kimi Şamaxıda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görülür. O cümlədən mütəmadi testlər […]

Ardını oxu

Qurban bayramının vaxtı açıqlandı

Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramının qeyd ediləcəyi tarix məlum olub. Orman.az xəbər verir ki, ölkəmizdə iyulun 31-i və avqustun 1-i Qurban bayramı qeyd olunacaq.<ins’> Bayramla əlaqədar olaraq, həmin günlər qeyri-iş günü hesab olunur.

Ardını oxu

Bakının bu ərazisindəki evlər plana düşdü – Sakinlərə aylıq 800 manat ödəniləcək

Bakıda yararsız binaların söküntüsü davam edir. Yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər. Hazırda bu işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Sakinlərə evlərinin ölçülərinə uyğun olaraq 400-800 manat arasında kirayə haqqı ödənilir.Daha sonra sakinlər köçürüldükləri mənzildən sahəsinə görə 25 faiz daha artığına sahib […]

Ardını oxu

Peşə dərslərinin mayın 25-nə olan cədvəli açıqlandı

“Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin peşə təhsili pilləsi üzrə mayın 25-i üçün nəzərdə tutulan cədvəl açıqlanıb. Metbuat.az xəbər verir ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “Youtube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Ardını oxu

Koronavirusa yoluxan həkim Prezidentə məktub yazdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. Axar.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir. Şəhid atası, Xocalı rayonundan məcburi köçkün Baloğlan Allahyarov yazır: “Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, mən 28 il bundan əvvəl Xocalıda baş vermiş dəhşətli soyqırımı gecəsi bütün ailə üzvlərimi itirib yurdumdan didərgin düşmüşəm. Hazırda Mingəçevirdə məskunlaşmışam. Bu illər ərzində Sizin diqqətinizi, […]

Ardını oxu

Bu gün Naxçıvan baş nazir seçəcək

Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək. Qaynarinfo xəbər verir ki, sessiyanın gündəliyinə üç məsələ daxil edilib. Həmin məsələlər sırasına Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin təyin edilməsi, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi daxildir.

Ardını oxu

Oqtay Gülalıyev Bakıya gətirilə bilər

Tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevdən uzun müddətdir ki, xəbər yoxdur. Sonuncu dəfə onun vəziyyəti ilə bağlı açıqlama fevral ayında ailəsi tərəfindən verilib. Bəs Oqtay Gülalıyevin hazırkı durumu necədir?  2019-cu il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə […]

Ardını oxu

Bakıda bir şirkətin 98 əməkdaşında koronavirus aşakarlandı

“Bakıda “Baku Steel Company” şirkətində 86 nəfərdə, şirkətin Sumqayıt filialında isə 12 nəfərdə yeni növ koronavirus (COVID-19) infeksiyası aşkar olunub”.  APA nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.O bildirib ki, şirkətdə epidemik vəziyyəti stabilləşdirmək mümkün olub.“İş yerlərində epidemik tələblərə riayət etmək lazımdır”, – deyə R. […]

Ardını oxu

Hökumət: Xaricdən ölkəyə gəlmək istəyən vətəndaşların təxliyəsi ödənişlidir

“Karantin rejiminin tətbiq edildiyi və xüsusən də uçuşların dayandırıldığıl ilk günlərdə xaricdə qalan vətəndaşlarımızın Azərbaycana gətirilməsi dövlət hesabına həyata keçirilirdi. Bu müddət ərzində 10 mindən çox vətəndaşımız ölkəmizə gətirilib”.Orman.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.“Artıq bundan sonrakı mərhələdə xaricdə olan vətəndaşların ölkəmizə təxliyəsi ödənişli həyata keçirilir”, […]

Ardını oxu

TƏBİB: Toylar iyunda da olmayacaq

“Toy və digər kütləvi tədbirlərin, bu tipli məclislərin keçirilməsi iyun ayında da nəzərdə tutulmur”.Orman.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.Onun sözlərinə görə, hazırda 10 nəfərin kütləvi toplanması qadağandır, bunun real epidemioloji səbəbləri var: “İyun ayında vətəndaşlarımıza bunu tövsiyə etmirik”.

Ardını oxu

Nazirlər Kabineti rəsmisindən xaricdəki vətəndaşlarımızın gətirilməsi ilə bağlı AÇIQLAMA

“Rusiya və Azərbaycan sərhədlərində toplaşan şəxslərin ölkəyə gətirilməsi barədə müzakirələr aparılır”.Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.O qeyd edib ki, mayın 19-da 120 nəfər Azərbaycana gətirilib: “Bu, karantin infrastrukturundan asılıdır”.O qeyd edib ki, Rusiyadan Azərbaycana gələnlər arasında yoluxanlar 30 faiz təşkil edir

Ardını oxu

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? – RƏSMİ

“Yaranmış situasiyada karantin rejiminin sərtləşdirilməsi zəruri sayılmır”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O, şənbə və bazar günləri hərəkətin məhdudlaşdırılması məsələsindən də söz açıb: “Karantin rejiminin yumşaldılması və ləğv olunması mümkün hesab olunmur”. O qeyd edib ki, yaxın günlərdə yekun qərar elan olunacaq.

Ardını oxu

İcra hakiminə ittiham: “Bizim pulumuzla prokuror oğlunu sahibkar edibsən”

“BİZİM PULUMUZLA PROKUROR OĞLUNU RESTORAN SAHİBİ EDİBSƏN” – SAHİBKARLARDAN İCRA BAŞÇISINA İTTİHAM  Xəbər verdiyimiz kimi, Sumqayıt Dənizkənarı Bulvarın tikintisi üçün ayrılmış milyonlarla manat vəsaitin işgörənlərə çatmaması, həm narazılığa, həm də qalmaqallı məsələyə çevrilib. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı tikinti işlərini həyata keçirən sahibkarlar bütün dövlət qurumlarlna üz tutublar. Onların əsas tələbi gördükləri işin müqabilində çatacaq pulun Sumqayıtın icra başçısı […]

Ardını oxu

Bayramda ”Mall”-lar AÇILACAQ? – AÇIQLAMA

Mayın 24 və 25-i Azərbaycanda Ramazan bayramının qeyd edilməsi gözlənilir. Bayram günlərində iri ticarət mərkəzləri açıla bilərmi? Bununla bağlı danışan deputat İqbal Məmmədov bildirib ki, bu kimi qərarları Operativ Qərargah verir “Operativ Qərargah yoluxanların və sağalanların artma-azalma dinamikasına izləyərək, dünyadakı mövcud vəziyyəti analiz edərək ona uyğun qərarlar verir. Dövlətimizin və cənab prezidentin zamanında gördüyü qabaqlayıcı tədbirlər sayəsində koronavirusun ölkəmizin ərazisində yayılmasının […]

Ardını oxu

Azərbaycanda koronavirusa yoluxmanın sürətlə yayıldığı ƏRAZİLƏR / VİDEO

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən açıqlamada, son günlər koronavirusa yoluxanların çox olduğu ərazilər sırasında Lənkəran rayonunun Boladı, Şağlaser, Separadi, Vilvan və Şiləvar kəndlərinin də adları çəkilir. Bu səbəbdən həmin kəndlərdə polis postları saxlanıb. Orman.az Xezerxeber.az-a istinadla xəbər verir ki, eyni zamanda vətəndaşların sosial izolyasiya tədbirlərinə riayət etmələri ilə bağlı polis əməkdaşları və mobil qrupların üzvləri profilaktik söhbətlər aparırlar. Bununla yanaşı, sözügedən ərazilərdə […]

Ardını oxu

Azərbaycanda heyvanlar üzərində koronavirus testi aparılıb? – AÇIQLAMA

“Azərbaycanda heyvanlar üzərində koronavirusla bağlı testlər aparılmayıb”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. O qeyd edib ki, dünyanın müxtəlif yerlərində COVID-19-un heyvanlardan keçməsi xəbərləri yayılır: “Amma bu məlumatlar təsdiqini tapmayıb”.

Ardını oxu

İlham Əliyevdən Baş Prokurorluğa YENİ TƏYİNATLAR

Baş prokurora yeni müavinlər təyin olunub. APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib. Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub. Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib. N.Rəcəbov, həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək. Qeyd edək […]

Ardını oxu

Azərbaycanda polisə xəsarət yetirildi, 21 nəfər tutuldu – YENİLƏNİB + RƏSMİ

Bir neçə gün əvvəl Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçədə polislə sakinlər arasında yaşanmış insidentə görə cinayət işi açılıb.  Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.  “Rayonda bir nəfər cinayət məsuliyyətinə cəlb olunub, onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək. 20 nəfər isə saxlanılıb, araşdırma aparılır”, – məlumatda deyilir. 11:05 Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl koronavirusa yoluxma […]

Ardını oxu

Prezident nazir müavini təyin etdi

Energetika Nazirliyində kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib. Digər sərəncamla Kamal Abbasov Energetika naziri Pərviz Şahbazovun müavini təyin olunub.

Ardını oxu

Şeyx Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqa təbrik ünvanlayıb.QMİ-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, təbrikdə deyilir: “Bismillahir-rəhmanir-rəhim! Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlərim! Dünya müsəlmanlarının əziz günü – Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm. Allah dərgahında rəhmət, bərəkət və məğfirəti ilə üstün […]

Ardını oxu