Burada hamı soyunub öpüşür – Çılpaq və azad insanlar festivalından FOTOLAR

incəsənət SON XƏBƏRLƏR şou-biznes
Loading...

Amerikanın ən əsas festivalından fotolar

Artıq 20 ildir ki, dünya bütün ölkələrinin modabazları və keyfiyyətli musiqi pərəstişkarları Amerikanın və dünyanın ən böyük musiqi festivalı olan “Koaçella”da (“Coachella”) iştirak etmək üçün bir araya gəlirlər. Bu tədbiri təkcə möhtəşəm şousuna görə deyil, azad özünüifadəyə imkan verdiyinə görə sevir və dəyərləndirirlər. Festivalın iştirakçıları öz bədənlərini açıb göstərməklə, provakativ və açıq-saçıq obrazlar yaratmaqdan çəkinmirlər. Dünyanın ən tanınmış musiqiçiləri çöl mənzərələri arasında qurulmuş səhnədə çıxış edərkən, tamaşaçılar rəqs edir və öz hisslərini azad şəkildə ifadə edirlər.

“Koaçella” Kaliforniya ştatının İndio şəhərində təşkil olunan və üçgünlük musiqi festivalıdır.

O təkcə ABŞ-da deyil, bütün dünyada ən məşhur, ən böyük, ən çox gözlənilən və qələbəlik festivallardan biri sayılır.

Tədbir ilk dəfə 1999-cu ilə təşkil olunub. Festivalda çıxış edən musiqiçilər əsasən indi-rok, hip-hop, elektron və pop-musiqi janrlarında ifadə edirlər. Həmçinin festival çərçivəsində təsviri və heykəltaraşlıq sərgiləri də təşkil olunur.

Builki festivaldan fotoları təqdim edirik:
(bilge.az)

Загрузка...