Bu təsadüf II Dünya Müharibəsinin taleyini dəyişdi – Görinqin bağışlanmaz səhvi

ədəbiyyat flash Məlumat SON XƏBƏRLƏR
Loading...

Kiçicik bir hadisə, ya da bir təsadüf nəticəsində tarixin necə dəyişə biləcəyini görmək doğrudan da heyrətamizdir. Bu mənada Britaniya Döyüşü zamanı baş vermiş bir hadisə təkcə döyüşün deyil, müharibənin də müqəddaratını həll etmişdi.

1940-cı ilin mayında Birləşmiş Krallıq qüdrətli Nasist Almaniyasının qarşısında demək olar, təkbaşına qalmışdı. Alman orduları Qərbi Avropa boyunca irəliləyirdilər. Britaniyanın yaxın müttəfiqi olan Fransa bir neçə həftə ərzində Alman “blitzkriq”i tərəfindən müharibədə nokauta uğradılmış, Fransada qərar tutan Britaniya qoşunları isə ölüm əsirliyinə düşməkdən zorla qurtulmuşdular.

İndi Britaniya işğal olunacağını gözləyirdi. Hücum Avqust ayında Alman “Luftwaffe” döyüş təyyarələrinin Britaniyanın aerodromlarını, bazalarını və sənaye istehsalı müəssisələrini bombalamasıyla başladı. Sayca az olsalar da, Kral Hava Qüvvələri (KHQ) müqavimət göstərdilər.

Alman Hava Qüvvələrinin komandanı nasist və Hitlerə sadiq Herman Görinq idi. Görinqin planı sadə idi, KHQ-ni məhv etmək və adanı işğal üçün açmaq. Britanlar səylə döyüşürdülər, lakin Görinq hücumları gücləndirirdi.

Britaniya Hava Komandalığı getdikcə gücdən düşürdü. Almanların hücumları davamlı və ağır idi, zədələnmiş aerodromların, zavodların və təyyarələrin təmirinə vaxt çatdırmaq olmurdu. Britanların təyyarələri və pilotları təhlükəli dərəcədə azalırdı.

Deyilənə görə, Hitler bu məqamda Britaniyanın sülh üçün müraciət edəcəyini gözləyib, bu baş versə, Qərbi Avropadakı müharibə uğurla sonlandırılmış olardı. İstədiyinə nail olmaqdan ötrü Hitler əmr verir ki, Britaniyada yalnız və yalnız hərbi obyektlər bombalansın.

O, məşhur hadisədə elə bu qərardan sonra gerçəkləşir. Bir çox mənbələrə görə, 24 Avqust bombardmanı sadəcə bir təsadüf idi. Londonun şəhərkənarında hərbi obyektləri hədəf almalı olan Alman bombardmançıları irəli gəlirlər və paytaxtın özünü bombalamaqla itkilərə və mülki ölümlərə səbəb olurlar.

London hücuma məruz qaldıqdan sonra, Britaniyanın Baş naziri Uinston Çörçil qisas almaq üçün Berlinin bombalanması əmrini verir. Müharibə dövründə ilk dəfə idi ki, Alman paytaxtı bombalı hücuma məruz qalırdı. Avqustun 25-dəki hücum kiçik və əsasən simvolik idi. O, şəhərin özünə də çox az ziyan vurmuşdu. Heç kim ölməmişdi, amma Hitler və Görinq özlərindən çıxmışdılar. Faktiki olaraq bir neçə ay əvvəl Görinq söz vermişdi ki, Müttəfiq qüvvələr heç bir vəchlə Alman ərazisinə nüfuz edə bilməzlər.

Britaniyanın aqressiv hərəkətindən qəzəblənən Hitler və Görinq yeni taktikaya əl atırlar. Almaniyanın qüdrətli hava qüvvələri Londonun ağır bombardmana məruz qoyacaq, beləliklə, Berlin hücumunun əvəzi çıxılacaqdı.

Blitz kimi bilinən hadisə Sentyabrın 7-də başladı. London 57 gecə dalbadal rəhmsizcəsinə bombalandı. Hər gecə hava hücumu sirenaları işə düşür, sakinləri metro stansiyalarına və zirzəmilərdəki daldalanacaqlara səsləyirdi. Əvəzində, Britaniya Berlinə və digər Alman şəhərlərinə daha çox bombalı hücumlar təşkil etməyə başlamışdı.

Əhaliyə təzyiq göstərməkdən ötrü Hitler Britaniyanın Birmingem, Koventri və Liverpul kimi şəhərlərinə bombalı hücumları genişləndirdi. İtkilər hədsiz ağır idi. 1940-cı ilin sonlarına doğru 15, 000 mülki vətəndaş öldürülmüşdü. Plan Britaniya əhalisini təslimiyyətə məcbur etmək üçün terrora məruz qoymaq idi.

Britaniya şəhərlərinin hücuma məruz qalmasının cəmi bircə müsbət nəticəsi vardı. Hücumların ağırlığını mülki vətəndaşlar ödəsələr də, hərbi bazalar və zavodlardan əl çəkilmişdi. Aerodromlar təmir edilmişdi. Təyyarələr yenidən düzəldilmiş və yeni döyüş pilotları təlim üçün vaxt qazanmışdılar.

Qəddar hava məkanı döyüşlərində KHQ də öz növbəsində Alman bombardmançılarına və döyüşçülərinə getdikcə daha ağır zərbələr vururdular. “Luftwaffe”nin əvvəlki üstün gücü balanslaşdırılmış və o, müharibədə gücsüzləşmişdi, hər iki tərəfin itkiləri ağır idi.

Hitler görəndə ki, hava müharibəsi onun əleyhinə işləyir, Britaniyanın işğalını təxirə salmalı oldu. Bunun əvəzinə, o, diqqətini Rusiyanın şimalına yönəltdi, 1941-ci ilin yayında o artıq buraları işğal etmişdi.

Britaniya xilas olmuşdu, Almaniya isə müharibəni iki cəbhədə aparmalı olduğundan bir daha özünə gələ bilməyəcəkdi.

“Luftwaffe” mülki vətəndaşların əvəzinə Britaniyanın hərbi hədəflərinə həmlələri davam etdirsəydi, nəticə nəcə olardı? Bunu heç kim deyə bilməz. Lakin bir şey dəqiqdir ki, Londonun təsadüfən bombalanması Britaniya Döyüşünün və II Dünya Müharibəsinin taleyini həll edən amillərdən biri oldu.

bilge.az

Загрузка...