Bu qadın məktəblərdə qızları oğurlamaq istəyir? – RƏSMİ AÇIQLAMA

flash Manşet
Loading...

Bakı Şəhər Baş Polis İdarəsi paytaxt məktəblərində uşaq oğurluğuna cəhd olunması barədə yayılan məlumatlarla bağlı araşdırmalar aparır.

Axeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 və 67 saylı orta məktəblərin qarşısında valideynlər şübhəli bir qadın görüblər. Onun azyaşlı qızlara yaxınlaşaraq telefon verəcəyi vədini verib yaxınlıqdakı maşına aparmaq istədiyi iddia olunur.

Xəbərin olsun:  Qarabağdakı seperatçıların yeni "müdafiə naziri" Cəlal kimdir? - DOSYE

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Axeber.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: “Tərəfimizdən müvafiq araşdırmalar aparılır”.

Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə bu foto paylaşılaraq qadının 3 kişi ilə bərabər qızları oğurlamağa cəhd etdiyi bildirilir.

Загрузка...