“Bu qərar bizim üçün qələbədir” – İqbal Ağazadəni dəstəkləyənlər sevinc içində…

flash Manşet
Loading...

Deputatlığa namizəd İqbal Ağazadəyə yaxın olan şəxslərdən Eurasia Diary-ə daxil olan məlumata görə, İqbal Ağazadə namizəd olduğu dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsi qərarını qələbə kimi dəyərləndirib. 

Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar iclas keçirib. İclasda 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb. Həmin dairənin, 30 seçki məntəqəsi üzrə səsvermənin nəticələri və dairə üzrə səsvermənin nəticələri etibarsız sayılaraq ləğv edilib.

Xəbərin olsun:  AZAL-dan işdən çıxarılanlarla bağlı AÇIQLAMA

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqəiqətən də seçki qanunvericiliyinin pozuntularına yol verilib: “3 və saylı məntəqə seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Xəbərin olsun:  Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - CƏDVƏL

Xatırladaq ki, bu dairənin lider namizədi Rauf Arifoğlu (Abbasov) olub.

Загрузка...