Bu ölkə Azərbaycan vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı – Koronavirusa görə

Manşet SON XƏBƏRLƏR
Loading...

Səudiyyə Ərəbistanı koronavirus səbəbindən Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.

Bu barədə “Xabar24” Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilir ki, siyahıda Azərbaycandan başqa, Çin, İran, İtaliya, Koreya, Yaponiya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Livan, Suriya, Yəmən, Qazaxıstan, Özbəkistan, Somali və Vyetnamın da adı var.

Xəbərin olsun:  Tanınmış bakılı yazıçı Moskvada vəfat edib

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı Məkkədə Ümrə (kiçik həcc) yerinə yetirmək və Mədinədəki Peyğəmbər məscidini ziyarət etmək məqsədilə ölkəyə girişin müvəqqəti olaraq dayandırılması barədə qərarını açıqlamışdı.

Загрузка...