“Bu iki şəkilə belə ad qoyardım: Təhminə və Zaur” – Elina mövzusunda Herisçidən Anara “göndərmə”

ədəbiyyat flash SON XƏBƏRLƏR
Loading...

Şair Həmid Herisçi xalq yazıçısı Anarın Elina ilə balı fikirlərinə özünəməxsus reaksiya verib.

Orman.Az xəbər verir ki, o, Anarın icra başıçısının müavini Xalidə Bayramovanı müdafiə etməsini kəskin qınayıb:

“Əslində Xalq yazıçısı bu hərəkətiylə özünün sizlərə, hamıya, bütün dünyaya, sizin Elinaya yazdığınız mərsiyələrə NİFRƏTİNİ bildirir. Həmşəriləri sevməsə də həmşəri söyüşü ilə öz tərsliyini, ərköyünlüyünü, sarsılmazlığın göstərir. Göstərir ki, O da İCRANIN yanındadır. Sizin Elina poeziyanızı, sizin MƏLƏYİNİZİ o, qəbul etmir. Sizə öz ilham pərisini, öz Mələyini, öz TƏHMİNƏSİNİ göstərir.
Bəlkə də O öz mövqeyini bildirməzdi. Onu, sizin ELİNAYA yazdığınız tələsik, yarımçıq çiy statuslar, MƏRSİYƏLƏR iyrəndirir. O demək istəyir ki, sizin ELİNA poeziyanız sadəcə FASTFUT, FEYSBUK ədəbiyyatıdır..
BU İKİ ŞƏKİLƏ İSƏ BELƏ AD QOYARDIM-“TƏHMİNƏ VƏ ZAUR”

Qeyd edək ki, AYB sədri Anara bir müddət əvvəl Xalidə Bayramovanın üdafiəsinə qalxmış, Elina mövzusunda fikirlərini bu cür ifadə etişdi:

“Yazıçılar Birliyi Səbael rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etmək üçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm.

“Yeni Müsavat” qəzetində bir neçə hörmətli deputatın fikirləriylə tanış oldum. “Hələ istintaq gedərkən kiminsə haqqında fikir söyləmək doğru olmaz” deyirlər. X.Bayramovaya qarşı ədalətsizliyin yolverilməz olduğunu deyirlər və mən də bu rəylərlə razıyam”.

Загрузка...