Bu həftə MSK seçkilərlə bağlı “son sözünü” deyəcək

Manşet Siyasət
Loading...

Bu həftə Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar parlament seçkilərinin yoxlanılması prosesini başa çatdıracaq.

Oxu.Az-ın məlumatına görə, prosedur Seçki Məcəlləsinin tələblərinə əsasən həyata keçirilir.

Məcəllənin 171.2-ci maddəsinə əsasən, MSK seçki günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını yoxlamalıdır.

MSK fevralın 29-dək prosesi yekunlaşdıracaq.

Xəbərin olsun:  Bu şəxslərə 250 manat mükafat veriləcək - Qərar

MSK bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.

Qanunvericiliyə görə, yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə müvafiq sənədlərə baxılma müddətini artıra bilər.

Загрузка...