Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır

Cəmiyyət
Loading...

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Unikal.org xəbər verir ki, bugünkü toplantının gündəliyinə 6 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihələri üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarılacaq. Bununla da parlamentin növbədənkənar sessiyası başa çatacaq.

Xəbərin olsun:  Ordumuzun şəhid verdiyi hərbçinin şəkli yayıldı - FOTO

Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarova avqustun 4-dən parlamentin növbədənkənar sessiyasının çağrılması ilə bağlı sərəncam imzalayıb. Növbədənkənar sessiya çərçivəsində Milli Məclisin iki iclası (avqustun 5-i və 6-da) keçirilib.

Загрузка...