Bu gün açılışı olan yerüstü piyada keçidinin uzunluğu 180 metrdir

Manşet Sosial
Loading...

Prezidenti İlham Əliyevin bu gün Mərdəkan-Zuğulba avtomobil yolunda açılışında iştirak etdiyi yerüstü piyada keçidinin uzunluğu 180 metrdir. 

Unikal.org xəbər verir ki, üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb.

Xəbərin olsun:  Sahibə Qafarovanın Lavrovla görüşü başa çatdı - YENİLƏNİB + FOTO

Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir.

Keçidin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyalarını isə yerli mütəxəssislər hazırlayıb.

Загрузка...