Bu da prezidentdən xahiş edən həmin sumqayıtlı tələbə qız – VİDEO

flash Məlumat SON XƏBƏRLƏR
Loading...

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev bir neçə gün əvvəl Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub. Dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlət başçısına yaxınlaşaraq söhbət ediblər.

Görüş zamanı şəhər sakini olan tələbə prezidentdən xahiş edib: “Sizi bir tələbə kimi salamlayıram, bizim Sumqayıtımıza xoş gəlmisiniz. Tələbələrin təqaüdünü artırdığınıza görə sizə çox təşəkkür edirəm. Tələbələr adından sizdən bir xahişim də var. Sumqayıt Dövlət Universitetinin, şəhərdəki kolleclərin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və bizim tələbələrin orada yerləşdirilməsi üçün göstəriş verməyinizi sizdən xahiş edirik”.

Orman.Az həmin görüntüləri təqdim edir:

Загрузка...