Bu da ÇL-də həftənin ən gözəl qolu – VİDEO

İdman SON XƏBƏRLƏR
Loading...

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib.

Orman.Az “Report”a istinadla xəbər verir ki, İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Leroy Sanenin 1/8 finalda səfərdə Almaniya “Şalke”sinə cərimə zərbəsindən vurduğu qol həftənin ən yaxşısı seçilib.

Qeyd edək ki, qarşılaşma “Mançester Siti”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasındakı cavab oyunu martın 12-də baş tutacaq.

Загрузка...