Bu 5 işi görəndən sonra nə qədər istəsən, günah et

din flash SON XƏBƏRLƏR
Loading...

Bir nəfər İmam Hüseynindən soruşur:

“Mən günahkar adamam. Özümü günahdan qoruya bilmirəm. Ona görə də sizin nəsihətinizə ehtiyacım var. Mən nə edə bilərəm ki, o işimdən sonra olacaq günahlarım yazılmasın?”.

İmam buyurur: “Bu beş işi gör və sonra nə qədər istəsən, günah et!

  1. Allahın ruzisini yemə və hər günahı istəsən, yerinə yetir!
  2. Allahın hakimiyyətindən xaric ol və hər günahı istəsən, yerinə yetir!
  3. Elə yer tap ki, Allah səni tapa bilməsin, sonra hansı günahı istəsən, yerinə yetir!
  4. O zaman ki, ölüm mələyi sənin canını almaq üçün gələcəkdir, bacarsan, onu özündən uzaqlaşdır və sonra hansı günahı istəsən, yerinə yetir!
  5. O zaman ki, cəhənnəmin maliki səni cəhənnəmə daxil edər, əgər imkanın varsa, daxil olma və sonra hansı günaha meyil etsən – onu yerinə yetir!”. (Hədənə)
Загрузка...