“Borclu olduğumuz qəhrəmanlar” kitabının təqdimatı

Mədəniyyət SON XƏBƏRLƏR
Loading...

Martın 18-19-da Oğuz şəhərində, rayonun Xaçmaz və Sincan kəndlərində “Borclu olduğumuz qəhrəmanlar” layihəsi ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olmuş gənclərdən biri İnanc Hüseynlinin Oğuz şəhidlərinə həsr olunmuş kitabının təqdimatları olmuşdur.

Təqdimatlarda layihə rəhbəri, kitabın müəllifi İnanc Hüseynli çıxış edərək Gənclər Fondunun müsabiqələri, layihənin məqsəd və vəzifələri haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, torpaqlarımız, Vətənimiz uğrunda canından keçən şəhidlərimiz, yağılara qan udduran qəhrəmanlarımız bizim borclu olduğumuz insanlardır. Onları unutmağa haqqımız yoxdur. Onların döyüş yolunu təbliğ etmək, onları gənclərimizə, məktəblilərə tanıtmaq bizim borcumuzdur.

Xəbərin olsun:  Erməni təcavüzü nəticəsində zərər çəkən mədəniyyət abidələri açıqlandı - RƏSMİ

70-dən çox borclu olduğumuz insandan-Oğuz şəhidlərindən və qəhrəmanlarından bəhs edən bu kitabın yazılmasının, oxuculara təqdim olunmasının əsas məqsədi gənclərin bu mövzuda maariflənməsinə nail olmaq, rayondan 20 Yanvar hadisələri zamanı və Qarabağ savaşında şəhid olmuş qəhrəmanların rayon sakinlərinə, əsasən də, gənclərə və məktəblilərə tanıdılması, rayon şəhidlərinin və qəhrəmanlarının unudulmasının qarşısının alınmasıdır.”
Xaçmaz kənd 1 saylı tam orta məktəbin direktor müavini, Azərbaycan Yazıçılar Birliyi Oğuz bölməsinin sədri Vüsal Oğuz, bələdiyyə işçisi İldırım Qocayev, Sincan kənd tam orta məktəbinin direktoru Ələddin Həbibullayev, rayon gənclər və idman idarəsinin rəis müavini Şaiq Rüstəmov, Oğuz şəhər icra nümayəndəliyinin mühasibi Etibar Dadaşov, Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Nəzakət Qasımova, şəhid ailələrinin nümayəndələri Şükufə İbrahimova, Şahnaz Əhmədova, Aysu Məmmədli, veteran müəllim Ulduz Salamova, gənc müəllim Nuranə Seyidova və başqaları çıxış edərək vətən uğrunda canlarından keçmiş Oğuz şəhidləri haqqında kitabın maliyyələşdirilməsinə görə Azərbaycan Gənclər Fonduna və kitabın yazılmasına görə İnanc Hüseynliyə razılıqlarını bildirmişlər.
Kitaba Azərbaycan Yazıçılar Birliyi Oğuz bölməsinin sədri Vüsal Oğuz ön söz yazmışdır.
Tədbirin sonunda iştirakçılara kitab hədiyyə olunmuşdur.

Загрузка...