Borca görə əsgər qardaşının maşınını yandırdı

Manşet SON XƏBƏRLƏR
Loading...

Türkiyənin Adana şəhərində yaşayan B.S. adlı şəxs qardaşına məxsus yük maşınını yandıraraq yararsız hala gətirib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Şübhəli şəxsin bu əməli törətməsinə qardaşı ilə aralarındakı borc məsələsi səbəb olub.

Hərbi xidmətdə olan N.S.-ə məxsus yük maşını yeznəsinin həyətində saxlanılıb. Gecə saatlarında yük maşını yanmağa başlayıb. Hadisə yerinə yollanan polis maşının yandırıldığını müəyyən edib. Aparılan araşdırma zamanı B.S.-in yanğından bir qədər əvvəl ərazidə göründüyü bəlli olub.

Xəbərin olsun:  Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər

Polis qardaşının yük maşınını borca görə yandıran şəxsin axtarışlarına başlayıb.

Загрузка...