Biz niyə Bəhram Bağırzadə kimi qayğı ilə əhatə ola bilmirik?-Mətanət Əsgərqızı

Sosial
Loading...

SosialMedia.az xəbər verir ki, dünən axşam Covid-19 diaqnozu ilə Bakı şəhərində xəstəxanlardan birinə yerləşdirilən müstəqil jurnalist, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı qeyd edir ki, niyə biz qayğı ilə əhatə oluna bilmirik.

Q,qeyd edir ki, bir ay öncə o, xəstələnəndə şəfa diləyərək yazmışdım ki, sıradan vətəndaşlardan nə ilə fərqlənir? Niyə kasıb , çörəyə möhtac insanlar qayğısızlıq, baxımsızlıqdan yiyəsizlikdən bu amansız xəstəliyin qurbanı olurlar.Onda bəziləriniz çomağınızı götürüb üstümə düşdünüz ki, ondan yoxdur))) çünki o sizi güldürür.On dəqiqəlik gülüşün qalibi. O, ölkənin birinci vitse- prezidentinin qayğı və himayəsi ilə ən yüksək səviyyədə müalicə olundu. Allah Mehriban xanıma ömür versin! Lakin bu ölkənin ziyalısı, vətənpərvəri, aydını daha böyük qayğıya, şəfqətə, diqqətə layiqdilər.Elə isə biz niyə təqdim olunmuruq? Biz onlarla həssas qrupun problemini həll edirik.

Xəbərin olsun:  Zaqatalaya leysan yağdı: Şəhər və kəndlər susuz qaldı

Onların dövlətdən narazı qalmaması üçün qapılar döyürük. Hələ elə məsələlər var ki, dilə gətirmədən dövlətimizin uca olması, vətənpərvərlik işinin güclənməsi üçün təbliğat işi aparırıq. Elə isə bizlər bəhramlar qədər olmadıqmı? Bilirsizmi, bu xəstəlikdən ölənlər pandemiyadan deyil, yiyəsizlikdən, həkim baxımsızlığından həyatlarını itirirlər. Təbib və Səhiyyə Nazirliyinin aralarındakı husimətin qurbanlarıyıq.Çatdırın ölkənin birinci xanımı Mehriban Əliyevaya, biz bu iki qurumun şərəfsizliyinin ucbatından ölmək istəmirik.

Xəbərin olsun:  Sabah Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək

Hörmətli Mehriban xanım, bizi də himayə edin!

SosialMedia.az saytı olaraq Mətanət xanıma və Bəram Bağırzadəyə çansağlığı diləyirik.Allah şəfa versin!

Загрузка...