Bibiheybət yolu bu tarixdə açılacaq — RƏSMİ AÇIQLAMA

Manşet Məlumat
Loading...

Bibiheybət yolunda tikinti-bərpa işlərinin may ayının sonuna qədər yekunlaşıdırlması nəzərdə tutulub.

“Ölkə.Az” xəbər verir ki, bunu BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

O, bildirib ki, hazırda Bibiheybət yolunda tikinti-bərpa işləri davam etdirilir: “Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və xarici mütəxəssislərin iştirakı ilə bərpa işləri ilə bağlı layihə hazırlanıb. Həmin layihə əsasında bərpa və tikinti işləri həyata keçirilir. Yeni il öncəsi iki hərəkət zolağı istifadəyə verildi, daha iki hərəkət zolağının təmir işləri yekunlaşdıqdan sonra bərpa olunması nəzərədə tutulub.Qeyd edim ki, yamacın iki hissəsində soy əsaslı dəmir beton istinad divarları inşa olunacaq və artıq bu istiqamətdə yamacın aşağı hissəsində işlərə başlanılıb. İki cərgə olmaqla bir metr diamterində svaylar vurulur və üzərində artıq istinad divarının inşaasına hazırlıq işləri görülür. Sonradan yamacın orta hissəsində təmir işləri aparılacaq. Bundan sonra yolun tam bərpası mümkün olacaq. Bu ilin may ayının sonuna qədər işlərin yekunlaşıdırlması nəzərdə tutulub”.

Xəbərin olsun:  MSK onların nəticələrini ETİBARSIZ saydı - QƏRAR
Загрузка...